Prezident Kəlbəcərdə "İstisu" yarımstansiyasının açılışında iştirak edib

Prezident Kəlbəcərdə "İstisu" yarımstansiyasının açılışında iştirak edib
03 Sent 2024 09:52

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Kəlbəcər rayonunun İstisu qəsəbəsində "Azərişıq" ASC-nin 110/35 kV-luq "İstisu" yarımstansiyasının açılışında iştirak edib.

AZƏRTAC xəbər verir ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin sədri Vüqar Əhmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Kəlbəcər rayonunda təməli Prezident İlham Əliyev tərəfindən qoyulan "İstisu" sanatoriyasının və "İstisu" mineral su zavodunun elektrik təchizatı məqsədilə 110/35 kV-luq iki ədəd 40 MVA gücündə "İstisu" yarımstansiyası inşa edilib. Bu yarımstansiya 110/35 kV-luq "Kəlbəcər" yarımstansiyasından çəkilən 110 kV-luq ikidövrəli hava xətti vasitəsilə elektrik enerjisi ilə təmin edilir. Yeni inşa edilən yarımstansiyanın 110/35 kV-luq "Qorçu" və "Laçın" yarımstansiyaları ilə əlaqələndirilməsi nəticəsində 110 kV-luq dairəvi elektrik təchizatı sxeminin yaradılmasına nail olunacaq.

Yarımstansiyada 110 kV-luq 40 MVA gücündə iki transformator, müasir standartlara cavab verən 110 və 35 kV-luq eleqaz açarlı yuvalar quraşdırılıb. Yarımstansiya avtomatlaşdırılmış SCADA dispetçer sisteminə qoşularaq, məsafədən idarəolunma telekommunikasiya qurğuları, müasir elektron tipli rele mühafizəsi və avtomatika sistemi ilə təchiz edilib.

Prezident İlham Əliyev yarımstansiyanı işə salıb.

Qeyd edək ki, gələcəkdə yarımstansiyadan 35 kV-luq özüdaşıyan izolyasiyalı naqillərdən ibarət xətlərin çəkilməsi ilə İstisu, Alagöllər, Zəylik, Zar və s. yaşayış məntəqələrinin elektrik təchizatının dayanıqlılığı təmin olunacaq. Yarımstansiya bərpaolunan enerji mənbələrinin inteqrasiyası üçün müasir cihaz və avadanlıqlarla təchiz edilib. Burada növbətçi heyət üçün müvafiq otaqlar, idarəetmə və mühafizə otaqları inşa edilib, lazımi iş şəraiti yaradılıb. Yarımstansiyanın ətrafı abadlaşdırılıb, ərazidə ağaclar əkilib, suvarma sistemi quraşdırılıb.


20 Sent 2024
Siyasət

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında iştirak edib.

20 Sent 2024
Siyasət

Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik etdi

Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Suverenliyi Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib.

20 Sent 2024
Siyasət

XİN Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib

20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirik! Ölkəmizin tarixinə qızıl hərflərlə yazılmış bu gündə Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.

20 Sent 2024
Siyasət

Prezident İlham Əliyev Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib

Prezident İlham Əliyev Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü ilə bağlı sosial şəbəkə hesablarında paylaşım edib.

20 Sent 2024
Siyasət

Azərbaycanda ilk dəfə olaraq Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü qeyd olunur

Azərbaycanda ilk dəfə olaraq sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur.