Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"

Lamiyə Vəliyeva: "Medalımı Azərbaycan xalqına həsr edirəm"
04 Sent 2024 16:17

"Çox sevindirici haldır ki, dünya rekordunu yeniləyərək Paralimpiya çempionu oldum".

Oxu.Az xəbər verir ki, bu sözləri ikiqat Paralimpiya çempionu Lamiyə Vəliyeva deyib.

"Məşqlərim yarışdan əvvəl bir az yaxşı davam etmirdi. Elə bilirdim ki, əvvəlki kimi deyiləm. Amma bu gün bir daha şahid oldum ki, Allah heç bir əziyyəti yerdə qoymur. Bu qızıl medal mənim və bütün komandamızın əziyyətinin bəhrəsidir. İdmana və Paralimpiyaya göstərdikləri diqqətə görə Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm", - deyə L.Vəliyeva sevincini bölüşüb.

Qeyd edək ki, paraatletimiz Lamiyə Vəliyeva dünən axşam Paris-2024 Yay Paralimpiya Oyunlarında T13 kateqoriyası üzrə 100 metr məsafəyə qaçışda dünya rekordunu yeniləyərək ikinci dəfə Paralimpiya çempionu olub.

Xatırladaq ki, Lamiyə Vəliyeva sentyabrın 5-də T13 kateqoriyası üzrə 400 metr məsafəyə qaçış üzrə yarışda da qüvvəsini sınayacaq. Təsnifat qaçışı Bakı vaxtı ilə saat 23:31-də start götürəcək.


17 Yan 2025
İdman

Hindistan şahmatçısı ölkə başçısı tərəfindən təltif edilib

Hindistan şahmatçısı Dommaracu Qukeş ölkənin ən yüksək idman mükafatı sayılan "Mayor Dhian Çand Khel Ratna" ilə təltif edilib.

17 Yan 2025
İdman

Azərbaycanın gənc taekvondoçuları təlim-məşq toplanışına başlayıblar

Azərbaycanın gənclərdən ibarət taekvondo millisi ilin ilk təlim-məşq toplanışına başlayıb.

17 Yan 2025
İdman

Bu gün keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI

Bu gün bir sıra maraqlı futbol görüşləri keçiriləcək.

16 Yan 2025
İdman

Kişi voleybolçular arasında Azərbaycan çempionatında növbəti turun proqramı bəlli olub

Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında növbəti turun proqramı bəlli olub.

15 Yan 2025
İdman

Bu gün keçiriləcək futbol oyunlarının AFİŞASI

Bu gün Avropanın yaşıl meydanları maraqlı futbol tamaşalarına ev sahibliyi edəcək.