Kolleclərə qəbul nəticələri açıqlanıb

Kolleclərə qəbul nəticələri açıqlanıb
04 Sent 2024 16:20

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul olunmaq üçün keçirilmiş müsabiqənin nəticələrini elan edib.

DİM-dən Trend-ə verilən məlumata görə, abituriyentlər müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından və ya mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Müsabiqədə iştirak etmək üçün 2904 abituriyent ərizə təqdim edib. Onlardan 1441 abituriyent orta ixtisas təhsili müəssisəsinə qəbul olunub. 

Qəbul olunan abituriyentlərin siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında dərc olunacaq. Jurnalın xüsusi buraxılışının elektron versiyasını (pdf formatında) sentyabrın 5-dən DİM-in saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə edə bilərsiniz (Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/).

Orta ixtisas təhsili müəssisələrinin boş qalan (vakant) yerlərinə qəbul olunan abituriyentlər 10 – 17 sentyabr (saat 18:00-dək) tarixlərində portal.edu.az platformasında qeydiyyatdan keçməli və yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməlidirlər. Müəyyən olunan müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas təhsili müəssisəsinə göndərilməyəcək.


17 Apr 2025
Cəmiyyət

Beş paytaxt məktəblisi buraxılış imtahanlarında maksimum nəticə göstərib

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin beş şagirdi buraxılış imtahanlarında maksimum nəticə göstərib.

17 Apr 2025
Cəmiyyət

Azərbaycana 16 ölkədən qızıl idxal edilib

2025-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycana 1 milyard 422.1 milyon ABŞ dolları dəyərində 15 min 868.46 kiloqram qızıl idxal edilib.

17 Apr 2025
Cəmiyyət

XI siniflərin buraxılış imtahanının nəticələri açıqlanıb, 20 nəfər maksimum bal toplayıb

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 9-da keçirilən buraxılış imtahanının nəticələri elan olunub.

17 Apr 2025
Cəmiyyət

Güclü külək nəticəsində Bakıda 368 ağac sınıb, 55-i zədələnib

Bakı və Abşeron yarımadasında ardıcıl iki gün güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejimində çalışırlar.

17 Apr 2025
Cəmiyyət

Sabah hava necə olacaq? - 18.04.2025

Azərbaycan ərazisində aprelin 18-nə gözlənilən hava şəraiti haqqında proqnoz açıqlanıb.