Azərbaycanın çimərlik voleybolçuları Türkiyənin Mersin şəhərində keçiriləcək “Bioderma Pro Beach Tour” açıq çempionatında iştirak edəcəklər.
Voleybol Federasiyasından "Report"a verilən məlumata görə, təmsilçilərimiz bu gün qardaş ölkəyə yola düşüblər.
Yarışda ölkəmizi 3 qadın (Səbinə Əlizadə - Lizi Latsabidze; Nərmin Səmədzadə - Fidan Əhmədxanov; Larisa Smetsova - Çinarə Quliyev) və üç kişi (Vadim Kutukov - Heydər Məmmədli; Nəriman Bayramlı - Muhammad Aslanlı, İbrahim Məmmədov - Aqşin Ağazadə) komandası təmsil edəcək.
Kişilər İqor Olefirin, qadınlar isə Nihad Tanrıverdiyevin rəhbərliyi altında yarışacaqlar.
Qeyd edək ki, bu gündən startı veriləcək və sentyabrın 9-na qədər davam edəcək “Bioderma Pro Beach Tour” açıq çempionatında yarışacaq komandalar FIVB reytinq xalları qazanacaq.
"Hər bir idmançımızın çempionluqda böyük əziyyəti var, kuboku bütün komandanın hesabına qazandıq".
Azərbaycanın daha bir gənc cüdoçusu Estoniyanın paytaxtı Tallində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.