Azərbaycanın paraüzgüçüsü Raman Saley Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.
“Report” xəbər verir ki, S12 kateqoriyasında yarışan idmançı 100 metr məsafəyə sərbəst üsulla üzmədə bacarığını göstərib.
O, 54.21 saniyə ilə 15 idmançı arasında 4-cü yeri tutub. Beləliklə, təmsilçimiz həlledici raunda vəsiqə qazanıb.
Qeyd edək ki, R.Saley 100 metr məsafəyə arxasıüstə üzmək yarışlarında gümüş medala sahib çıxıb.
"Zirə" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama matçına çıxacaq.
Azərbaycanın dörd yeniyetmə qız boksçusu Serbiyanın Novi Pazar şəhərində keçirilən Avropa birinciliyində finala vəsiqə qazanıb.
Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də mübarizəyə qələbə ilə başlayıb.