Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzalayıblar

Azərbaycan və Rusiyanın baş prokurorları Anlaşma Memorandumu imzalayıblar
05 Sent 2024 10:11

Azərbaycan və Rusiyanın baş prokurorları Kamran Əliyev və İqor Krasnov Şərq İqtisadi Forumunda Anlaşma Memorandumu imzalayıblar.

Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru məlumat yayıb.

"Memorandum Azərbaycan və Rusiya prokurorluqlarının işinin təşkili sahəsində təcrübə mübadiləsini intensivləşdirməyə imkan yaradacaq, eləcə də sülh və təhlükəsizliyə təhdidlərə qarşı mübarizəyə tam töhfə verəcək", - Krasnov bildirib.

O, iki ölkənin prokurorluqları arasında əlaqələrin çoxşaxəli və konstruktiv olduğunu, qarşılıqlı hörmətə və maraqların nəzərə alınmasına əsaslandığını qeyd edib.

Bundan əlavə, Krasnov ikitərəfli əlaqələr kompleksini inkişaf etdirməyə və əsas beynəlxalq platformalarda, o cümlədən BMT və MDB-də transmilli cinayət təhdidlərinin neytrallaşdırılması üçün səyləri əlaqələndirməyə hazır olduğunu təsdiqləyib.

 


16 May 2025
Siyasət

Bakının hansı küçələrində sıxlıq var? - 16.05.2025

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

16 May 2025
Siyasət

Qubadlının Zilanlı kəndinin və Zəngilanın işğalı zamanı çəkilən videomaterial nümayiş olunub

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Qubadlının Zilanlı kəndinin və Zəngilanın Ermənistan silahlı qüvvələri tərəfindən işğalı zamanı çəkilən videomaterial nümayiş olunub.

16 May 2025
Siyasət

İqtisadiyyat naziri AYİB-nin illik toplantısı çərçivəsində sessiyalarda iştirak edib

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) illik toplantısında iştirak məqsədilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında səfərdə olan iqtisadiyyat naziri Mikayıl Cabbarov Bankın Müdirlər Şurasının açılış və plenar sessiyalarında iştirak edib. Səfər çərçivəsində iqtisadiyyat naziri "Oliver Wyman Group" şirkətinin sənaye üzrə qlobal rəhbəri ilə görüşüb.

16 May 2025
Siyasət

Azərbaycan və Çin arasında ticarət-iqtisadi və humanitar əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lu Mey ilə görüşüb.

16 May 2025
Siyasət

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gedib.