Zelenski xarici işlər naziri postuna öz namizədini təklif edib

Zelenski xarici işlər naziri postuna öz namizədini təklif edib
05 Sent 2024 10:23

Ukrayna Prezidenti Volodimir Zelenski Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Dmitri Kulebanın yerinə onun birinci müavini, əvvəllər prezident aparatında işləmiş Andrey Sibiqanın təyin edilməsini təklif edib.

Oxu.Az xəbər verir ki, bu barədə Ali Radada prezidentyönlü "Xalqın qulluqçusu" partiyasının fraksiyasının rəhbəri David Araxamiya özünün "Telegram" kanalında məlumat verib.

O, dövlət başçısının fraksiya iclasına gəldiyini təsdiqləyib.

Qeyd edək ki, Ali Radanın bir neçə nazirin istefası ilə bağlı səsverməsi səs çatışmazlığı səbəbindən baş tutmamışdı. Buna görə də, Kulebanın istefası məsələsinə baxılmayıb və iclas başa çatıb.


19 Sent 2024
Dünya

İndoneziyada 5,6 bal maqnitudalı zəlzələ olub

İndoneziya sahillərində 5,6 maqnitudalı zəlzələ baş verib.

18 Sent 2024
Dünya

Özbəkistanda qaz yatağında qəza olub, ölənlər var

Özbəkistanın Baysun rayonundakı “Müstəqilliyin 25 illiyi” yatağında texniki qəza baş verib, iki nəfər ölüb.

18 Sent 2024
Dünya

İranın Moskvadakı səfiri Rusiya XİN-in xüsusi nümayəndəsi ilə görüşüb

İranın Moskvadakı səfiri Kazem Cəlili Rusiya Xarici İşlər Nazirliyinin Cənubi Qafqaz məsələləri üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb.