"Bakının mərkəzində Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsi açılır. Bu, doğrudan da çox gözəl hadisədir".
AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxşında söyləyib.
Üç il əvvəl Aşıq Ələsgərin adının əbədiləşdirilməsi üçün iki Sərəncam imzaladığını xatırladan dövlətimizin başçısı qeyd edib:
"Bir Sərəncam əsasında Aşıq Ələsgərin 200 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. İkinci Sərəncam əsasında onun abidəsinin ucaldılması məsələsi nəzərdə tutulurdu. Bu gün şəhərimizin bu gözəl yerində, deyə bilərəm ki, şəhərimizin mərkəzində, gözəl parkda Aşıq Ələsgərin abidəsi ucaldılır".
Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin yaşıl təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.