Prezident İlham Əliyev Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimindəki çıxışında XX əsrdə xalqımızın məruz qaldığı deportasiyalar haqqında danışıb.
AZƏRTAC xəbər verir ki, XX əsrdə xalqımızın üç deportasiya dalğasına məruz qaldığını xatırladan dövlətimizin başçısı deyib:
"1918-ci ildə birinci, 1940-50-ci illərdə ikinci və 1980-ci illərin sonları-1990-cı illərin əvvəllərində üçüncü deportasiya baş vermişdir. İki deportasiyadan müəyyən müddətdən sonra Azərbaycan xalqı öz dədə-baba torpaqlarına qayıtmış, yəni, hamısı olmasa da, böyük bir qisim qayıtmışdır. Bu, bizdə haqlı olaraq əminlik yaradır ki, üçüncü etnik təmizləmə dalğasına məruz qalmış Qərbi azərbaycanlılar öz dədə-baba torpaqlarına qayıdacaqlar".
Tacikistanda işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Düşənbə şəhərində Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva Qəbələ rayonunda keçirilən "Gənclərin yaşıl təşəbbüsləri" ekoloji düşərgəsinin qonağı olublar.
“Azərbaycanın getdikcə artan beynəlxalq nüfuzu özünü ölkəmizin Müstəqil Dövlətlər Birliyinin (MDB) fəaliyyətində artan rolunda da göstərməkdədir. Bunu təsdiq edən bir çox məqamlar oktyabrın 8-də Moskvada keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edən cənab Prezident İlham Əliyevin çıxışında öz əksini aydın şəkildə tapmışdır”.