İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi

İlham Əliyev Azərbaycanın yəhudi icmasını təbrik etdi
30 Sent 2024 14:34

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasına təbrik ünvanlayıb.

President.az xəbər verir ki, təbrikdə deyilir:

"Yəhudi xalqının milli yeni il bayramı - Roş ha-Şana münasibətilə sizi ürəkdən təbrik edir, hər birinizə ən səmimi arzu və diləklərimi yetirirəm.

Şərqlə Qərbin qovuşuğunda körpü rolunu oynayan Azərbaycan uzun əsrlərdən bəri xalqlar arasında dostluq, qardaşlıq münasibətlərinin mövcud olduğu və etnik-mədəni rəngarəngliyin, yüksək multikultural dəyərlərin qorunub saxlandığı nadir məkanlardandır. Burada tarix boyu ən müxtəlif mədəniyyətlərin və etiqadların nümayəndələri ayrı-seçkiliyə məruz qalmadan həmişə sülh, mehriban qonşuluq, qarşılıqlı etimad və hörmət şəraitində bir ailə kimi yaşamışlar. Bu gün də nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü ölkəmizdə etnik və dini azlıqların, o cümlədən yəhudi icmasının öz milli-mənəvi dəyərlərindən lazımınca faydalanaraq adət-ənənələrini, dil və mədəniyyətini yaşatmaları üçün geniş imkanlar mövcuddur.

Xüsusi vurğulamaq istəyirəm ki, cəmiyyətimizin ayrılmaz hissəsi və bərabərhüquqlu üzvü olaraq yəhudiəsilli vətəndaşlarımız Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə çatdırılması işinə töhfələr verir, hazırda böyük tərəqqi və sürətli inkişaf mərhələsini yaşayan respublikamızın ictimai-siyasi həyatında yaxından iştirak edirlər.

Əziz dostlar!

Yeniliyin, mənəvi saflığın, həmrəyliyin və xeyirxahlığın təcəssümünə çevrilən Roş ha-Şana münasibətilə hamınızı bir daha təbrik edir, ailələrinizə xoşbəxtlik, süfrələrinizə bolluq və bərəkət arzulayıram.

Bayramınız mübarək olsun!"


10 Dek 2025
Siyasət

Mikayıl Cabbarov Lord Con Alderdaysla görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov Böyük Britaniyanın baş nazirinin Azərbaycan və Mərkəzi Asiya ölkələri üzrə ticarət elçisi Lord Con Alderdaysla görüşüb.

10 Dek 2025
Siyasət

Kamaləddin Qafarov: “Mövcud münasibətlər Azərbaycanın Avropaya inteqrasiya xəttinə tam uyğun gəlir”

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiyaya rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın artıq konseptual mərhələdən çıxaraq praktik və dayanıqlı əməkdaşlıq modelinə çevrildiyini bir daha nümayiş etdirdi.”

10 Dek 2025
Siyasət

Azərbaycan və Özbəkistan arasında hərbi əməkdaşlıq planı imzalanıb

Azərbaycan Müdafiə Nazirliyi ilə Özbəkistan Müdafiə Nazirliyi arasında 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

10 Dek 2025
Siyasət

Azərbaycan və Qırğızıstan gəmiqayırma sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan və Qırğızıstan arasında gəmiqayırma və bərə istismarı sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.

10 Dek 2025
Siyasət

Mikayıl Cabbarov Alessandro Puliti ilə görüşüb

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın "Saipem S.p.A." şirkətinin baş icraçı direktoru və baş meneceri Alessandro Puliti ilə görüşüb.