Baş prokuror Kamran Əliyev Yəmənin Baş prokuroru Qaher İbrahimin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, ölkələr arasında qədim əlaqələrin mövcudluğu və bu əlaqələrin müasir dövrdə ikitərəfli və beynəlxalq təşkilatlar müstəvisində inkişaf etdiyini bildirən Baş prokuror Kamran Əliyev, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığımızın təqdirəlayiq olduğunu vurğulayıb.
Azərbaycan və Yəmən arasında qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan Kamran Əliyev, Yəmənin Prokurorluq orqanları ilə münasibətlərin Beynəlxalq Prokurorlar Assosiasiyası (BPA) və digər peşəkar platformalarda uğurla inkşaf etdiyini diqqətə çatdırıb.
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror, COP29-un iqlim dəyişikliyinə qarşı qlobal mübarizədə əhəmiyyətli bir mərhələ olacağını qeyd edib.
Yəmənin Baş prokuroru səmimi qəbula görə minnətdarlığını bildirərək, eyni dinə mənsub iki dövlət arasında əlaqələrin bütün sahələr üzrə inkişaf edəcəyinə əminliyini ifadə edib. Nümayəndə heyətinin Azərbaycana işgüzar səfəri davam edir.
Prezident İlham Əliyevin Sərəncamları ilə Anar Bayramov və Rəşad Mustafayev əmək və əhalinin sosial müdafiəsi nazirinin müavinləri təyin ediliblər.
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası aprelin 22-də keçiriləcək.
Prezident İlham Əliyev 2025-ci il yanvarın 16-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə Fərman imzalayıb.
Prezident İlham Əliyev Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Latviyanın Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumunu təsdiq edib.
Azərbaycan Respublikasının müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin (HHQ) komandanı general-leytenant Namiq İslamzadə ölkəmizdə səfərdə olan Serbiya Respublikası HHQ və Hava Hücumundan Müdafiə komandanı general-mayor Brane Krnyayiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.