Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib

Ukraynadan daha 30 uşaq reabilitasiya xidmətləri üçün Azərbaycana gətirilib
01 Okt 2024 09:56

Ukraynada müharibədən əziyyət çəkmiş uşaqların ölkəmizə gətirilərək reabilitasiya xidmətlərinə cəlb edilməsi işləri davam etdirilir.

"Report" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin təşkilatçılığı ilə daha 30 ukraynalı uşaq reabilitasiya xidmətləri ilə təmin edilmək üçün ölkəmizə gətirilib.

Uşaqlara Agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində keçiriləcək 10 günlük proqram çərçivəsində tibbi, eləcə də sosial-psixoloji reabilitasiya xidmətləri göstəriləcək, peşəkar psixoloqlar tərəfindən fərdi konsultasiyalar, qrup terapiyaları, eləcə də yoqa və rəqs terapiya məşğələləri təşkil olunacaq. Reabilitasiya proqramı onların emosional vəziyyətlərinin stabilləşməsinə, cəmiyyətə inteqrasiyalarının təmin edilməsinə dəstək məqsədi daşıyır. Uşaqların Azərbaycan mədəniyyəti, tarixi ilə tanışlığı üçün Şəki və Qəbələ şəhərlərindəki muzeylərə ekskursiyalar təşkil olunacaq.

Qeyd edək ki, bundan əvvəlki 5 qrupla birlikdə ümumilikdə 180-dən çox ukraynalı uşaq ölkəmizə gətirilərək sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilib.


7 Fev 2025
Siyasət

Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi yad edilib

Fevralın 7-də Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü münasibətilə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu şəhidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzərək xatirəsini ehtiramla anıb.

7 Fev 2025
Siyasət

Yevlaxda Birinci Qarabağ müharibəsinin şəhidi Tərlan Məmmədov dəfn edilib

İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Tərlan Fikrət oğlu Məmmədov Yevlaxda dəfn olunub.

7 Fev 2025
Siyasət

Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"

"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".

7 Fev 2025
Siyasət

Qarabağ Universitetinin Klinikası yaradılır

Prezident İlham Əliyev "Qarabağ Universitetinin Klinikası" publik hüquqi şəxsin yaradılması və fəaliyyətinin təmin edilməsi haqqında Fərman imzalayıb.