Yaponiyanın hakim Liberal Demokrat Partiyasının (LDP) sədri Şiqeru İşiba ölkənin 102-ci Baş naziri seçilib.
Milli.Az APA-ya istinadən bildirir ki, parlamentdə keçirilən səsvermə zamanı deputatların əksəriyyəti ona səs verib.
Əsas aşağı palatada səsvermənin nəticələrinə görə, İşiba 465 səsdən 291-ni, Konstitusiya Demokratik Partiyasının lideri Yoşihiko Noda isə 100 səs toplayıb.
Hazırda LDP və Komeito partiyasının hakim koalisiyasının çoxluq təşkil etdiyi parlamentin yuxarı palatasında da İşibanın namizədliyi üçün səsvermə gedir, lakin aşağı palatanın qərarı prioritetdir.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) İtaliya nümayəndə heyətinə ölkə hökumətinin başçısı Corcia Meloni rəhbərlik edəcək.
Türkiyənin Afyonkarahisar vilayətində avtobus qəzası baş verib.
İsrail Hərbi Hava Qüvvələri Beyrutun mərkəzi hissəsində yerləşən çoxmərtəbəli yaşayış binasına raket zərbəsi endirib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasındakı meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin "BE-200ÇS" amfibiya tipli təyyarəsi ölkəmizə qayıdıb.