Kamran Əliyev Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru ilə görüşüb

Kamran Əliyev Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru ilə görüşüb
01 Okt 2024 12:00

Baş prokuror Kamran Əliyev Rumıniyanın Yüksək Kassasiya və Ədalət Məhkəməsinin Baş prokuroru Aleks Florantanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən "Report"a verilən xəbərə görə, Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) paytaxtda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

K.Əliyev çıxış edərək bildirib ki, Rumıniya Azərbaycanın Avropa məkanında fəal əməkdaşlıq etdiyi ölkələrdəndir:

"Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri də məhz Rumıniya olub. Ötən müddətdə Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi və digər sahələrdə əlaqələrin genişləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bunun nəticəsində ölkələrimiz arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hazırda Azərbaycan və Rumıniya enerji, nəqliyyat, turizm, kənd təsərrüfatı, səhiyyə, mədəniyyət və digər sahələrdə uğurla əməkdaşlıq edirlər".

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) 29-cu İllik Konfransı və Ümumi Yığıncağında Rumıniyanın iştirakından məmnunluğunu ifadə edən Kamran Əliyev təşkilatın dünya prokurorlarının əməkdaşlığının gücləndirilməsi üçün mühüm beynəlxalq platforma olduğunu qeyd edib.

Aleks Florantan səmimi qəbula görə minnətdarlığını bildirərək 1 oktyabr Azərbaycan Respublikası prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, həmçinin Azərbaycanın prokurorluq orqanlarında həyata keçirilən islahatları yüksək qiymətləndirərək iki ölkə arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini ifadə edib.

Daha sonra ölkələrimiz arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Görüşdə, həmçinin, Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vasile Soare də iştirak edib.

Nümayəndə heyətinin Azərbaycanda işgüzar səfəri davam edir.


15 May 2025
Cəmiyyət

İşğaldan azad olunan ərazilərə köçürülən 4 300 şəxs məşğulluqla təmin edilib

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən artıq 4300 şəxsin məşğulluğu təmin edilib.

15 May 2025
Cəmiyyət

Azərbaycan Ordusunda komanda-qərargah məşqi keçirilir

2025-ci ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusu miqyasında komanda-qərargah məşqi keçirilir.

15 May 2025
Cəmiyyət

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub

Xalq artisti Arif Babayevə Heydər Əliyev Mükafatı təqdim olunub.

15 May 2025
Cəmiyyət

Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımaları 10 %-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda hava nəqliyyatı ilə 1 milyon 179 min 500 sərnişin daşınıb.

15 May 2025
Cəmiyyət

Ceyranbatan-Pirallahı magistral su kəmərinin tikintisi 50 % tamamlanıb

Ceyranbatan-Abşeron-Balaxanı-Ramanı-Zirə-Pirallahı magistral su kəməri və həmin kəmər boyu yerləşən mərkəzi anbarın tikintisi layihəsi çərçivəsində işlərin artıq 50 %-i icra olunub.