Pərviz Şahbazov Göygöldə vətəndaşları qəbul edəcək

Pərviz Şahbazov Göygöldə vətəndaşları qəbul edəcək
01 Okt 2024 12:52

Oktyabrın 18-də energetika naziri Pərviz Şahbazov Göygöl, Gəncə, Goranboy, Naftalan, Samux, Daşkəsən və Kəlbəcərdən olan vətəndaşları qəbul edəcək.

"Report" nazirliyə istinadən xəbər verir ki, qəbul saat 11:00-dan başlayaraq Göygöl rayon Heydər Əliyev Mərkəzində (ünvan: Göygöl şəhəri, Hummel küçəsi, AZ2500) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1245, 1146, 1147) telefon nömrələri (əlaqələndirici şəxs Azər Rzayev), minenergy@minenergy.gov.az elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs: Vüsal Paşayev: əlaqə telefonu: (055) 233-97-99, elektron poçt ünvanı: ganja@regulator.gov.az) vasitəsilə müraciət edə bilərlər. Həmçinin nazirliyin www.minenergy.gov.az internet səhifəsində yaradılmış “Qəbula yazılmaq“ bölməsi vasitəsilə də qəbul üçün müraciət etmək mümkündür.


17 İyun 2025
Siyasət

Gürcüstan və Türkiyə parlament sədrləri regional əməkdaşlığı müzakirə ediblər

Türkiyəyə rəsmi səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş ilə görüşüb.

17 İyun 2025
Siyasət

Azərbaycanda istehlak bazarı 5 %-dən çox böyüyüb

Bu ilin yanvar-may aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 30 milyard manat olub.

17 İyun 2025
Siyasət

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşımaları 12 %-dən çox artıb

Bu ilin yanvar-may aylarında Azərbaycanda dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 3 milyon 745,6 min ton təşkil edib.

17 İyun 2025
Siyasət

Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumunda çıxış edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov OPEC Beynəlxalq İnkişaf Fondunun Forumu çərçivəsində təşkil edilən "Resursların dayanıqlılığının təşviqi" adlı panel sessiyada çıxış edib.

17 İyun 2025
Siyasət

Qazaxıstan və Azərbaycanın dənizçiləri hərbi təlimlərdə iştirak ediblər

Qazaxıstanın Aktau şəhərində "Caspian Breeze - 2025" hərbi dəniz təlimləri başlayıb.