Azərbaycan və Xorvatiya arasında memorandum imzalanıb

Azərbaycan və Xorvatiya arasında memorandum imzalanıb
01 Okt 2024 15:42

Baş prokuroru Kamran Əliyev Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən Xorvatiyanın Baş prokuroru İvan Turudiç ilə görüşüb, iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.

Bu barədə “Report”a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Kamran Əliyev iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq və güclü əməkdaşlıq münasibətlərinin siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini vurğulayaraq Azərbaycanda həyata keçirilən cinayətkarlığa qarşı mübarizə tədbirləri barədə ətraflı məlumat verib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror Kamran Əliyev, COP29 zamanı Azərbaycan Baş Prokurorluğunun Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Xorvatiyanın Baş prokuroru səmimi qəbula görə minnətdarlığını ifadə edərək 1 oktyabr Azərbaycan prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaranmasının 106-cı ildönümü münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, dostluq münasibətlərinin bundan sonra da bütün istiqamətlərdə uğurla inkişaf edəcəyindən əminliyini ifadə edib, iki ölkənin prokurorluq orqanlarında mövcud əlaqələri yüksək qiymətləndirib.

Tərəflər prokurorluqlar arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Daha sonra ölkələr arasında hüquqi əməkdaşlığın möhkəmləndirilməsi, mövcud əlaqələrin gələcəkdə daha da intensivləşdirilməsi məqsədilə Əməkdaşlığın inkişaf etdirilməsi haqqında Anlaşma Memorandumu imzalanıb.


28 Mar 2025
Siyasət

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşaya səfərindən videoçarx paylaşıb.

28 Mar 2025
Siyasət

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və Mehriban Əliyevanın Ağdam səfərindən videoçarx paylaşıb

Prezidentin Mətbuat Xidməti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Ağdamın Sarıcalı kəndinin birinci mərhələsinin açılışından videoçarx paylaşıb.

28 Mar 2025
Siyasət

İordaniyanın Kralı Azərbaycan Prezidentini təbrik edib

İordaniyanın Kralı II Abdullah ibn Al Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edib.

20 Mar 2025
Siyasət

Kamaləddin Qafarov: “Novruz yeni gün deməkdir”

“Artıq ikinci ildir Azərbaycan xalqı sülhü tərənnüm edən Novruz bayramını ölkənin istisnasız bütün ərazisində, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində böyük coşqu ilə qarşılayır. Şanlı Ordumuz Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə torpaqlarımızı erməni işğalından azad etdi. 2023-cü ilin sentyabrında isə artıq ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu.”

19 Mar 2025
Siyasət

İlham Əliyev Sahibə Qafarovaya "Şərəf" ordenini təqdim edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da Sahibə Qafarovanı qəbul edib və ona "Şərəf" ordenini təqdim edib.