Azərbaycan taekvondoçusu Vasif Səlimov (63 kq) Cənubi Koreyanın Çunçeon şəhərində keçirilən gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.
"Report" xəbər verir ki, milli üzvü yarımfinalda uduzaraq üçüncü olub.
O, Qırğızıstan, Vyetnam, Çin Taypeyi və Tailanddan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Finala gedən yolda isə bolqarıstanlı rəqibinə uduzub.
Qeyd edək ki, bu gün start götürən mundial oktyabrın 6-dək davam edəcək.
Azərbaycan Voleybol Federasiyasının (AVF) rəhbərliyi, ölkəmizdə səfərdə olan Avropa Voleybol Konfederasiyasının (CEV) prezidenti Roko Sikiriç Fəxri xiyabanı ziyarət ediblər.
Azərbaycan parataekvondoçuları Çinin Taiyan şəhərində keçiriləcək "Prezident Kuboku" turnirində iştirak edəcəklər.
AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA bu gün Türkiyənin İstanbul şəhərində keçiriləcək tədbirinə qatılacaq.