Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib

Ötən ay azad edilmiş ərazilərdə 767 mina zərərsizləşdirilib
01 Okt 2024 16:23

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

ANAMA-dan "Report"a verilən məlumata görə, azad olunan ərazilərdə sentyabr ayı ərzində 478 tank əleyhinə mina, 289 piyada əleyhinə mina, 3301 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 6118.2 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.


15 İyul 2025
Cəmiyyət

Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib.

15 İyul 2025
Cəmiyyət

Ağdamın daha iki kəndində TİKİNTİ BAŞLAYIR

"Gələn ilin sonuna kimi Ağdamın daha iki kəndində bərpa işləri aparılaraq əhalinin köçü təmin ediləcək".

15 İyul 2025
Cəmiyyət

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunan kitab gürcü dilində nəşr olunub.

15 İyul 2025
Cəmiyyət

Cəlilabadda meşədə yanğın başlayıb

Cəlilabad rayonunun Zopun kəndi ərazisində meşəlik ərazidə yanğın başlayıb.