"Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3382 nömrəli Sərəncamında dəyişiklik edilib.
President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev yeni sərəncam imzalayıb.
Dəyişikliyə əsasən, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədovun adı Müşahidə Şurasının üzvləri sırasından çıxarılıb. İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyevin adı Müşahidə Şurasının üzvü olub.
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.
"Hazırkı qanun layihəsinin 1-ci maddəsinin 1.1.13-cü bəndində minatəmizləmə fəaliyyətinin həyata keçiriləcəyi bütün ərazilərə ümumi olaraq "təhlükəli ərazi" adı verilib və bundan sonra bütün maddələr üzrə minatəmizləmə fəaliyyətinin aparılacağı ərazi kimi bu maddədə qeyd olunan təsvirə istinad olunmayıb