Azərbaycan XİN İspaniyaya başsağlığı verib

Azərbaycan XİN İspaniyaya başsağlığı verib
30 Okt 2024 15:44

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İspaniya tərəfinə bu ölkədə baş verən daşqınlarda insanların həlak olması ilə bağlı başsağlığı verib.

Trend xəbər verir ki, bu barədə Nazirliyin "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"İspaniyanın Valensiya bölgəsində daşqınlar nəticəsində insanların ölümü və böyük dağıntılar bizi dərindən kədərləndirir. Bu təbii fəlakətlə bağlı həlak olanların ailələrinə və İspaniya hökumətinə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilir.

Qeyd edək ki, güclü yağışlar nəticəsində İspaniyanın cənub-şərqində geniş bir ərazi su altında qalıb. Çaylar məcralarından çıxıb. Yollar, evlər və ictimai binalar su altında qalıb. Dəmir yolu əlaqəsi pozulub. Sürət qatarı relsdən çıxıb. Valensiya vilayətində isə “qırmızı” təhlükə səviyyəsi elan edilib.


7 Noy 2024
Siyasət

Fərid Seyidova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri Fərid Mirmufid oğlu Seyidova "ədliyyə general-mayoru" ali hərbi rütbəsi verilməsi haqqında Sərəncam imzalayıb.

7 Noy 2024
Siyasət

İlham Əliyev Moldovanın yeni seçilmiş prezidentini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Moldova Respublikasının Prezidenti xanım Maya Sanduya təbrik məktubu ünvanlayıb.

7 Noy 2024
Siyasət

Milli Məclisdə minatəmizləmə fəaliyyəti ilə bağlı TƏKLİF

"Hazırkı qanun layihəsinin 1-ci maddəsinin 1.1.13-cü bəndində minatəmizləmə fəaliyyətinin həyata keçiriləcəyi bütün ərazilərə ümumi olaraq "təhlükəli ərazi" adı verilib və bundan sonra bütün maddələr üzrə minatəmizləmə fəaliyyətinin aparılacağı ərazi kimi bu maddədə qeyd olunan təsvirə istinad olunmayıb

7 Noy 2024
Siyasət

Prezident İlham Əliyev Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Bakıda Mərkəzi Parkın üçüncü hissəsinin açılışında iştirak edib.

7 Noy 2024
Siyasət

Milli Məclis Silahlı Qüvvələr haqqında qanuna dəyişikliyi təsdiqləyib

Milli Məclis Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharibə dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsinin ümumi qayda müəyyən edilməsini üçüncü oxunuşda təsdiqləyib.