Latviya prezidenti COP29-da iştirak edəcək

Latviya prezidenti COP29-da iştirak edəcək
30 Okt 2024 16:40

"Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirak edəcək".

Bu barədə APA-ya açıqlamasında Latviyanın Azərbaycan Respublikasındakı səfiri Edqars Skuya deyib.

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə Latviya Prezidenti Edqars Rinkeviç COP29-da iştirakını təsdiqləyib. Rinkeviç öz nümayəndə heyəti ilə iştirak edəcək.

"İlin ən böyük zirvə toplantısı olan COP29-a Azərbaycanın ev sahibliyi etməsi bizi çox sevindirir, iqlim dəyişikliyinin maliyyələşdirilməsi, deməliyəm ki, həlledici məsələlərdən biridir. Biz müzakirələri dəstəkləyirik. Biz bu kimi məsələlərdə fəal iştirak edəcəyik. Ümid edirik ki, COP29-da daha sonra konsensusa və çox yaxşı qərarlara nail olacağıq", - deyə səfir əlavə edib.


15 May 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu - Ankarada da hiss edildi

Konyanın Qulu rayonunda 5,2 bal gücündə zəlzələ baş verib.

15 May 2025
Dünya

Hakan Fidan: "ABŞ nümayəndə heyəti İstanbuldadır"

Amerika Birləşmiş Ştatlar administrasiyasının bir neçə nümayəndəsi Türkiyənin İstanbul şəhərindədir.

15 May 2025
Dünya

Zelenski: Türkiyəyə səfərim Putin üçün çox aydın siqnaldır

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfərini Rusiya lideri Vladimir Putin üçün çox aydın siqnal adlandırıb.