"Cəbrayılımıza köçürük - 30 ildir həsrət qaldığımız rayonumuza. Şükür Allaha, torpaqlarımız azad olundu. Səbəbkarlar var olsun. Şəhidlərimizin ruhu şad olsun".
Oxu.Az xəbər verir ki, bu sözləri bu gün Cəbrayıl şəhərinə köç edən keçmiş məcburi köçkün Səkinə Musayeva bildirib.
"O qədər ağır, o qədər çətin günlərimiz olub ki, dilə gətirməyə utanmışıq. Həmişə bircə bu günü arzulamışam. Biz Cəbrayılda çox gözəl yaşayırdıq. İndi də qayıdırıq, günlərimiz daha da gözəl olacaq. Allah Prezidentimizə uzun ömür versin, bizə daha yaxşı günlər nəsib olsun", - deyə o əlavə edib.
Qeyd edək ki, bu gün Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Bu mərhələdə, ümumilikdə 40 ailə - 200 nəfər doğma yurduna köçürülüb.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.
2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.