Azərbaycan Mərkəzi Bankı (AMB) 29 noyabr tarixindən etibarən valyuta məzənnələrini açıqlayıb.
Trend AMB-yə istinadən xəbər verir ki, bu günə olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi dəyişməyərək 1.7000 manat təşkil edib.
Manata nəzərən avronun məzənnəsi isə 1.7969 manat təşkil edir. 1 Türkiyə lirəsi 0.0490 manat, 100 Rusiya rublu 1.5741 manat olub.
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) qarşıdan gələn bayram günlərində sərnişin tələbatını təmin etmək məqsədilə yanvarın 3-də Bakıdan Qəbələyə və Qəbələdən Bakıya əlavə qatar reysləri təyin edir.
Bu ilin yanvar-noyabr aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 % artaraq 1 milyon 998,9 min nəfər olub.
2026-cı ilin sonuna qədər 140 min vətəndaşımız azad edilmiş ərazilərdə məskunlaşacaq.