Azad olunan ərazilərdə noyabrın 18-dən 29
-dək 10 tank əleyhinə mina, 203 piyada əleyhinə mina, 862 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
“Report”un xəbərinə görə, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumatında deyilir.
Məlumata əsasən, 1 457,4 hektar ərazi minalardan təmizlənib.
Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam, Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan ərazilərində həyata keçirib.
Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədovun rəhbərliyi ilə hökumət missiyası Banqladeşdə səfərdə olub.
Xocalı rayonunun Ballıca kəndinə köçürülən sakin yurd həsrətinə son qoyulduğu üçün sevincli olduqlarını deyib.
Azərbaycanda Vahid İnformasiya Sisteminin yaradılması istiqamətində işlərə başlanılıb.