Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Dekabrda Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
29 Noy 2024 12:20

Dekabrın 24-25-də İslamabadda iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

“Report” Pakistan KİV-lərinə istinadən xəbər verir ki, bu barədə ölkənin özəlləşdirmə və investisiya naziri Abdul Alim Xan məlumat verib.

Alim Xan noyabrın 28-də investisiya və özəlləşdirmə məsələlərində irəliləyişin qiymətləndirilməsinə həsr olunmuş görüşə sədrlik edib. Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddin də videobağlantı vasitəsilə görüşdə iştirak edib.

Səfir bildirib ki, Azərbaycan Pakistana G2G modeli üzrə investisiya qoymaqda və dövlət müəssisələrinin özəlləşdirilməsində iştirakda maraqlıdır. O əlavə edib ki, Azərbaycan Pakistanda M6 (Sukkur-Heydərabad) və M9 (Kəraçi-Heydərabad) altı zolaqlı magistral yollarının tikintisinə investisiya qoyuluşu imkanlarını nəzərdən keçirir. Öz növbəsində, Alim Xan səfirdən dekabrın 24-də başlayacaq Pakistan-Azərbaycan Birgə Komissiyasının ikigünlük iclasına qədər hazırlıq işlərini tamamlamağı xahiş edib.

Nazir həmçinin qeyd edib ki, Pakistan Azərbaycan və Mərkəzi Asiya ölkələri ilə özəlləşdirmə, investisiya və kommunikasiya sahələrində əlaqələndirilmiş tədbirlər vasitəsilə əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və bunun üçün Türkiyə, Azərbaycan və Özbəkistan səfirləri ilə ayrı-ayrılıqda görüşlər keçirməyi planlaşdırır.

Alim Xan bildirib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələri ticarət məsələlərində Pakistan üçün Şərqi Avropaya açılan qapı ola bilər və bunun üçün əlimizdən gələni etməliyik.

Azərbaycan-Pakistan Hökumətlərarası Komissiyasının əvvəlki iclası 2021-ci il dekabrın 2-də Bakıda keçirilib.


13 Dek 2024
Siyasət

Xarkovda Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Ukraynanın Xarkov şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

13 Dek 2024
Siyasət

Heydər Əliyev Fondu "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsini həyata keçirir

Heydər Əliyev Fondunun "Afrika ölkələrində təhsil və mədəniyyətin inkişafı" layihəsi çərçivəsində Ruandaya səfər edən Fondun vitse-prezidenti Leyla Əliyeva paytaxt Kiqali şəhərinin yaxınlığında yerləşən məktəbdə olub.

13 Dek 2024
Siyasət

Xocalının Ballıca kəndinə köç edən sakinlərə mənzillərinin açarları təqdim edilib

Xocalının Ballıca kəndinə yola salınan köç karvanı kəndə çatıb, yeni ailələrə mənzillərin açarları təqdim edilib.

13 Dek 2024
Siyasət

Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun komandanı Türkiyəyə səfər edib

Naxçıvan Əlahiddə Ümumqoşun Ordu komandanı general-mayor Kənan Seyidov Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Ankaraya səfər edib.

13 Dek 2024
Siyasət

Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva dekabrın 13-də Kiqali şəhərində Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə görüşüb.