Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb

Hələb Universitetinin ərazisi atəşə tutulub, dörd nəfər ölüb
29 Noy 2024 13:12

"Cəbhət ən-Nusra" terror qruplaşması Hələb Universitetinin tələbə şəhərciyinin ərazisini atəşə tutub.

“Report” xəbər verir ki, bu barədə Suriyanın dövlət agentliyi SANA məlumat yayıb.

"Terrorçuların Hələb Universitetinin tələbə şəhərciyini atəşə tutması nəticəsində dörd mülki şəxs həlak olub", - məlumatda bildirilib.

Qeyd edək ki, daha əvvəl Suriya Ordusunun bölmələri ölkənin inzibati mərkəzi olan Hələb şəhərinin şimalında və qərbində (Dəməşqdən 360 km aralıda) 20-dən çox yaşayış məntəqəsini işğal edən “Cəbhət ən-Nusra” qruplaşmasının yaraqlılarının mövqelərinə qarşı əks-hücum əməliyyatı keçirib.


12 Noy 2025
Dünya

Polşada yeni konstitusiya qəbul oluna bilər

Polşa hökuməti yaxın vaxtlarda yeni konstitusiya layihəsi üzərində işə başlayacaq.

12 Noy 2025
Dünya

Türkiyədə güclü zəlzələ oldu

Aralıq dənizində 5,2 bal gücündə zəlzələ baş verib.

12 Noy 2025
Dünya

Türkiyənin qəzaya uğrayan "C-130" hərbi təyyarəsində olanlardan on səkkiz hərbçinin nəşi tapılıb

"On səkkiz nəfərin nəşi tapılıb, daha iki nəfərin meyitlərinin axtarışları davam etdirilir".

12 Noy 2025
Dünya

Venesuelada kütləvi səfərbərlik elan olunub

Venesuela hökuməti ABŞ silahlı qüvvələrinin Karib dənizinə daxil olmasına cavab olaraq ölkədə kütləvi səfərbərlik elan edib.