Yaponiya hökuməti Rusiya ilə ərazi mübahisəsinin həlli yolunda irəliləməyə davam edəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Yaponiyanın Baş naziri Siqeru İsiba parlamentdə çıxışı zamanı bildirib.
"Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması kursunu davam etdirəcək", - o qeyd edib.
Qeyd edək ki, Moskva və Tokio İkinci Dünya müharibəsinin nəticələrinə dair sülh sazişinin bağlanması üçün keçən əsrin ortalarından bəri danışıqlar aparıb. Bu yolda əsas maneə Kuril adalarının cənub hissəsinin kimə məxsus olması ilə bağlı fikir ayrılığıdır. Müharibə başa çatdıqdan sonra bütün arxipelaq Sovet İttifaqının tərkibinə daxil edilib, lakin Yaponiya İturup, Kunaşir, Şikotan və bir qrup kiçik adaların ona məxsus olduğunu bildirir.
Mərkəzçi “Demokratik Hərəkat” Partiyasının lideri Fransua Bayru Fransanın yeni Baş naziri təyin edilib.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla ABŞ Dövlət katibi Antoni Blinken arasında görüş başlayıb.
İsrail ordusunun Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatının Livanın cənubundakı Əl-Xiyam yaşayış məntəqəsinə hücumu nəticəsində bir neçə nəfər yaralanıb.