“Ümummilli Lider Heydər Əliyevin 1996-cı il fevralın 2-də keçirilmiş Azərbaycan Gənclərinin I Forumunda səsləndirdiyi tarixi fikirlər bu gün də öz aktuallığını qoruyur”.
Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
O, xatırladıb ki, Ulu Öndər həmin çıxışında gənclərin müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsinə və əbədi yaşamasına xidmət etməli olduqlarını xüsusi vurğulamışdı.” Bu strateji baxışın reallaşdırılması üçün gənc nəslin fiziki və mənəvi baxımdan sağlam, milli-mənəvi dəyərlərə sadiq, dövlətinə bağlı ruhda yetişdirilməsi əsas şərt kimi müəyyənləşdirilmişdi. Məhz bu yanaşma əsasında 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev gənclərə diqqət və qayğını dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirdi. Hüquqi, dünyəvi və müasir dövlət quruculuğu prosesində gəncliyin enerjisinin həlledici rol oynadığını dəqiq qiymətləndirən Ümummilli Lider müxtəlif illərdə gənclər siyasətinin formalaşması və institusional əsaslarının möhkəmləndirilməsi məqsədilə mühüm qərarlar imzaladı. Onun təşəbbüsü ilə 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumlarının keçirilməsi, 1997-ci ildə fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi bu siyasətin ardıcıl və sistemli xarakter daşıdığını təsdiqləyir. Bu gün ölkədə həyata keçirilən gənclər siyasətinin ideoloji və konseptual təməlində məhz Heydər Əliyevin zəngin siyasi irsi dayanır.”
K.Qafarov qeyd edib ki, hazırda Azərbaycanda cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən Gənclər siyasəti, dövlət tərəfindən qəbul edilən proqramlar və imzalanan mühüm sənədlər gənclərin sosial rifahının yaxşılaşdırılmasına, məşğulluğunun təmin olunmasına və intellektual inkişafına xidmət edir: “Bu gün Azərbaycan gəncliyi yalnız dinamizmi və təşəbbüskarlığı ilə deyil, eyni zamanda, dövlət maraqlarına sədaqəti ilə seçilir. Gənclərin potensialının üzə çıxarılması üçün yaradılan geniş imkanlar onların cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə şərait yaradıb. Cənab Prezident İlham Əliyevin gənclərə göstərdiyi davamlı diqqət onların özünəinam hissini daha da gücləndirib. Gənclərin bilik və
bacarıqlarının reallaşdırılması, vətənpərvər və peşəkar kadrlar kimi formalaşması, eləcə də gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlar uzaqgörən dövlət siyasətinin bariz nümunəsidir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, 2003-cü ildən etibarən sistemli şəkildə həyata keçirilən gənclər siyasətinin ən mühüm nəticələrindən biri 2020-ci ildə Vətən müharibəsi zamanı özünü açıq şəkildə göstərdi. Azərbaycan Ordusunun sıralarında döyüşən gənclərin qəhrəmanlığı və fədakarlığı tarixi Zəfərin əsas təminatçısına çevrildi. Məhz bu nəsil torpaqlarımızın azad olunması ilə xalqımızın uzun illər davam edən həsrətinə son qoydu və müstəqil Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi.”
Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Göygöl Milli Parkında olub.
Fevralın 9-da Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür.
Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
"Azərbaycan bir çox ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. Onlardan 10-u Avropa İttifaqının üzvü, 11-i isə eyni zamanda NATO-nun üzvüdür. Həmin ölkələr üçün hazırda Azərbaycan heç zaman görünmədiyi qədər daha mühüm tərəfdaşa çevrilir".