İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib

İlham Əliyev Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib
02 Fev 2026 10:33

Prezident İlham Əliyev 2 Fevral - Gənclər Günü münasibətilə Azərbaycan gənclərini təbrik edib.

Oxu.Az President.az-a istinadən həmin təbrikin tam mətnini təqdim edir:

"Əziz gənclər!

Sizi 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, yüksək əhvali-ruhiyyə və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 30 il əvvəl gənclərimizin geniş və açıq müzakirə tribunasına çevrilmiş ilk ümumrespublika gənclər forumunun keçirildiyi günün ölkəmizdə Gənclər Günü kimi qeyd olunması ənənəsi və bu cür forumların müntəzəm təşkili sübut edir ki, gənclər siyasəti dövlətimizin sosialyönümlü siyasətinin prioritet istiqamətlərindən biridir. Ötən onilliklər ərzində icra olunan dövlət proqramları nəticəsində gənclərin fərdi inkişafı və ictimai-siyasi fəallığının artması üçün əlverişli zəmin yaranmış və dövlət quruculuğunda onların rolu daha da güclənmişdir.

Sevindirici haldır ki, bu gün Azərbaycanda milli-mənəvi dəyərlərimizə dərindən bağlı olmaqla yanaşı, həm də müasir dünyanın inkişaf tendensiyası ilə ayaqlaşa bilən intellektual gənc nəsil formalaşmışdır. Sizlər bu gün iqtisadiyyatdan elm və mədəniyyətə qədər bütün sahələrdə dövlətimizin qüdrətini artıran bir qüvvəsiniz. Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsi, zəngin mədəni irsimizin qorunması və beynəlxalq aləmdə tanıdılması yolunda atdığınız hər addım xalqımızın ümumbəşəri ideallara sadiqliyinin ifadəsidir.

Dövlətimizin yaratdığı hərtərəfli şəraitin və aşıladığı vətənpərvərlik ruhunun nəticəsidir ki, Azərbaycan gəncliyi üçün böyük imtahan olan 44 günlük Vətən müharibəsində gənclərimiz misilsiz rəşadət göstərdilər. 30 illik işğala son qoyaraq xalqımızın Qələbə əzmini bütün dünyaya nümayiş etdirən qəhrəmanlarımızın əksəriyyətini məhz gənclər təşkil etmişdir. Bu Zəfər salnaməsi Azərbaycan gəncinin Vətənə sonsuz sevgisinin və sarsılmaz iradəsinin əbədi rəmzidir.

Əminəm ki, müasir tariximizin yeni intibah dövründə də Azərbaycan gəncliyi öz innovativ potensialı və yaradıcı enerjisi ilə dövlətimizin gələcək inkişafına layiqli töhfələr verəcək".


10 Fev 2026
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 10.02.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

10 Fev 2026
Siyasət

Malıbəyli və Quşçular qətliamından 34 il ötür

Bu gün Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğının növbəti ildönümü qeyd edilir.

10 Fev 2026
Siyasət

Alyona Əliyeva Göygöl Milli Parkından paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Göygöl Milli Parkında olub.

10 Fev 2026
Siyasət

Azərbaycanın "Çelentanosu"nun doğum günüdür

Fevralın 9-da Azərbaycan teatr və kino aktyoru, Azərbaycanın Əməkdar artisti Əsgər Məmmədoğlunun doğum günüdür.

10 Fev 2026
Siyasət

Fəzail Ağamalının vida və dəfn yeri bilindi

Ana Vətən Partiyasının keçmiş sədri Fəzail Ağamalı ilə vida mərasimi bu gün saat 12:00-da Heydər Məscidində keçiriləcək.