İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub

İlham Əliyevin Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin prezidenti ilə görüşü olub
03 Fev 2026 09:07

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 2-də Əbu-Dabidə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanla görüşü olub.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan-BƏƏ ikitərəfli əlaqələrinin strateji tərəfdaşlığa əsaslandığı vurğulanaraq, ölkələrimiz arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji, həmçinin bərpaolunan enerji, mədəni, humanitar və digər istiqamətlərdə inkişafından məmnunluq ifadə olundu, münasibətlərimizin genişlənməsində hər iki prezidentin Azərbaycana və BƏƏ-yə qarşılıqlı səfərlərinin, görüşlərinin önəmi qeyd edilib. 

 Görüşdə Əbu-Dabidə Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin Silahlı qüvvələri arasında keçirilən "Sülh Qalxanı - 2026" birgə əməliyyat-taktiki təliminin əhəmiyyətinə toxunulub, bu təlimlərin iki ölkənin Silahlı qüvvələri arasında operativ hərbi uyğunluğun inkişafına töhfə verəcəyinə əminlik bildirildi və bunun gələcəkdə də davam etdirilməsinin önəmi vurğulanıb.

Dövlət başçıları əlaqələrimizin perspektivlərinə və gələcək təmaslara dair fikir mübadiləsi aparıblar.

Sonra Azərbaycan və BƏƏ prezidentlərinin iştirakı ilə "Cənub Qaz Dəhlizi" QSC-də İqtisadiyyat Nazirliyinə məxsus qeyri-nəzarət payının müəyyən hissəsinin Əbu-Dabi Milli Neft Şirkətinin investisiya qolu olan XRG Şirkətinə satışı ilə bağlı alqı-satqı müqaviləsinə dair sənəd imzalanıb.

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyi arasında müdafiə əməkdaşlığı razılaşması barədə niyyət məktubu da imzalanıb.

Azərbaycan və BƏƏ prezidentləri bu sənədlərin ölkələrimiz arasında əlaqələrin daha da inkişafına təkan verəcəyinə əminliklərini bildiriblər.

Söhbət zamanı Bakı ilə Əbu-Dabi arasında qardaşlaşma münasibətlərinin yaradılması məsələləri də qeyd edilib.

 

 



10 Fev 2026
Siyasət

Yeni icra başçısı kollektivə təqdim olundu

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Tahir Budaqov kollektivə təqdim olunub.

10 Fev 2026
Siyasət

Paşinyan: "Biz Azərbaycanla sülhün əldə olunmasına çox yaxınıq"

Ermənistanın naş naziri Nikol Paşinyan İrəvan və Bakı arasındakı sülh danışıqlarını geri dönüşü olmayan proses hesab edir.

10 Fev 2026
Siyasət

Paytaxtın hansı küçələrində sıxlıq var? - 10.02.2026

Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.

10 Fev 2026
Siyasət

Malıbəyli və Quşçular qətliamından 34 il ötür

Bu gün Malıbəyli və Quşçular kəndlərində törədilmiş kütləvi qırğının növbəti ildönümü qeyd edilir.

10 Fev 2026
Siyasət

Alyona Əliyeva Göygöl Milli Parkından paylaşım edib

Prezident İlham Əliyevin gəlini Alyona Əliyeva Göygöl Milli Parkında olub.