Bu gün Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları başlayır

Bu gün Əbu-Dabidə Rusiya-Ukrayna danışıqları başlayır
04 Fev 2026 13:56

Fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı növbəti danışıqlar keçiriləcək.

Oxu.Az-ın xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Bu danışıqlar qapalı rejimdə keçirilir, mətbuat dəvət olunmur", - deyə agentliyin mənbəsi bildirib.

Qeyd edək ki, fevralın 4-ü və 5-də Əbu-Dabidə Ukraynada münaqişənin həlli ilə bağlı Rusiya, Ukrayna və ABŞ üçtərəfli danışıqlarının ikinci mərhələsi keçiriləcək. Bildirilir ki, Qərb bu görüşün "həqiqətən konstruktiv" və "ümidverici" olacağına ümid edir.

Xatırladaq ki, Ukrayna təmsilçiləri artıq Əbu-Dabidədirlər. Nümayəndə heyətinə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edir.

ABŞ tərəfini isə prezidentin xüsusi elçisi Stiv Uitkoff və Ağ Ev rəhbərinin kürəkəni, sahibkar Cared Kuşner təmsil edəcəklər.

Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir.


20 İyul 2026
Dünya

Rusiyada da güclü zəlzələ oldu

Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

20 İyul 2026
Dünya

"Brent" markalı neftin qiyməti 90 dolları keçdi

Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.

20 İyul 2026
Dünya

Bu ölkədə Eboladan ölənlərin sayı 900-ə yaxınlaşıb

Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.

20 İyul 2026
Dünya

İranda ard-arda iki güclü zəlzələ oldu

İranın Kirmanşah əyalətinin Kozran bölgəsində 5,2 bal gücündə zəlzələ baş verib.