17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi fevralın 5-dən 10-dək Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışında olacaq.
Trend AFFA-nın saytına istinadən xəbər verir ki, U-17 millimiz hazırlıq çərçivəsində fevralın 6-sı və 9-da Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama oyunu keçirəcək.
Hər iki qarşılaşmanın Gürcüstan Futbol Federasiyasının Futbol Akademiyasında, Bakı vaxtı ilə saat 13:00-da başlaması planlaşdırılır.
Gürcüstanda təlim-məşq toplanışında olan Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisi ikinci yoxlama oyununu keçirib.
Naxçıvan güləşçiləri Türkiyədə keçirilən "Veliköy Qarüstü Qaraqucaq Güləşi Festivalı"nda uğurla çıxış ediblər.
Həndbol üzrə XXXII ölkə çempionatında VI tura yekun vurulub.