Xaçmaz Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi həyata keçirilib (FOTO)

Xaçmaz Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi həyata keçirilib (FOTO)
04 Fev 2026 16:17

Xaçmaz Rayon İcra Hakimiyyətində yerli icra hakimiyyəti orqanlarının strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn məsələlərin həllinə dair iclas keçirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev yeni fərmana əsasən Rayon İcra Hakimiyyəti başçısı aparatında həyata keçirilən optimallaşma haqqında ətraflı məlumat verib. Bildirib ki, Prezident cənab İlham Əliyevin fərmanı yerli icra hakimiyyəti orqanlarının strukturunun dövlət qulluğu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkili, optimallaşdırılması və onların fəaliyyətində səmərəliliyin artırılmasına xidmət edəcək.

İclasda həmçinin Xaçmaz Rayon İcra Hakimiyyəti başçısı aparatının baş məsləhətçisi Yaqut Məsimovanın yaş həddi ilə əlaqədar təqaüdə göndərildiyi bildirilib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Yaqut Məsimovaya xoş arzularını çatdırıb, onu rayonun ictimai həyatında fəal iştirakına və uzun illər dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Fəxri Fərmanla təltif edib.

Yaqut Məsimova dövlət qulluğunda çalışmağın böyük şərəf və məsuliyyət olduğunu qeyd edərək göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Həmçinin rayon rəhbərinə təşəkkürünü ifadə edib


10 Avq 2026
Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Lerik və Lənkəran rayonlarının ərazisində zəlzələ olub.

10 Avq 2026
Cəmiyyət

Azərbaycanın pərakəndə ticarət dövriyyəsi artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 38 milyard 358,5 milyon manatlıq mal satılıb.

10 Avq 2026
Cəmiyyət

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında "Azeri Light" markalı neft bahalaşıb.

10 Avq 2026
Cəmiyyət

Sabah Bakıda yağış yağacaq - 11.08.2026

Avqustun 11-də gözlənilən hava şəraiti açıqlanıb.

10 Avq 2026
Cəmiyyət

FHN: Ötən həftə 925 yanğına çıxış olub, 43 nəfər xilas edilib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 925 yanğına çıxış və 42 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.