İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTO

İlham Əliyev Türkiyənin daxili işlər nazirini qəbul edib - FOTO
09 Apr 2026 12:36

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 9-da Türkiyə Respublikasının daxili işlər naziri Mustafa Çiftçini qəbul edib.

Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, qəbula görə dövlətimizin başçısına minnətdarlığını bildirən Mustafa Çiftçi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını Azərbaycan Prezidentinə çatdırıb.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Prezident Rəcəb Tayyib Ərdoğana çatdırmağı xahiş edib.

Söhbət zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli münasibətlərin qardaşlıq və strateji müttəfiqlik prinsiplərinə əsaslandığı vurğulanıb, bütün istiqamətlər üzrə əlaqələrin genişləndiyi bildirilib.

Ölkələrimizin müvafiq qurumları arasında səmərəli tərəfdaşlığın qurulduğu qeyd edilib, bu xüsusda Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirliklərinin də uğurlu əməkdaşlıq həyata keçirdikləri vurğulanıb.

 

 


19 May 2026
Siyasət

İlham Əliyevdən Sabir Rüstəmxanlı ilə bağlı SƏRƏNCAM

Xalq şairi Sabir Xudu oğlu Rüstəmxanlı "Şərəf" ordeni ilə təltif edilib.

19 May 2026
Siyasət

Prezident Bolqarıstanda "Şuşa Parkı"nın salınması ilə bağlı sazişi TƏSDİQLƏDİ

"Bir tərəfdən Azərbaycan Respublikası Hökuməti ilə digər tərəfdən Bolqarıstan Respublikası Hökuməti və Veliko Tırnovo Bələdiyyəsi arasında Bolqarıstan Respublikasının Veliko Tırnovo şəhərində "Şuşa Parkı"nın salınması və yenidən qurulması üzrə əməkdaşlıq haqqında Saziş" təsdiq edilib.

19 May 2026
Siyasət

Rövşən Rzayev vətəndaşların müraciətlərini dinləyib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev növbəti vətəndaş qəbulu keçirib.

19 May 2026
Siyasət

Sahibə Qafarova: Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə sürətlə inkişaf edir

Azərbaycan və Belarus arasında münasibətlər bütün istiqamətlər üzrə sürətlə inkişaf edir.