Türkiyənin İstanbul şəhərinə güclü yağış, ardınca dolu yağıb.
Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İstanbulun müxtəlif yerlərində davam edən güclü yağış bir müddət sonra bəzi rayonlarda doluya çevrilib.
Avropa tərəfində Beşiktaş, Şişli, Zeytinburnu, Esenler və Sultanqazi, Anadolu tərəfində isə Ümraniyedə güclü yağış və dolu yollarda tıxaclara səbəb olub.
Türkiyənin Zonquldak bölgəsində kömür mədənində uçqun baş verib.
Çin Xalq Respublikasının mərkəzi və cənub ərazilərində davam edən şiddətli leysan ağır daşqınlara yol açıb və nəticədə 10 nəfər həyatını itirib.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Uqanda və Konqo Demokratik Respublikasında (KDR) Ebola virusu ilə bağlı rəsmi təsdiqini tapmış 32 yoluxma, eləcə də 500-dən artıq şübhəli fakt aşkarlanıb.