"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib

"Vətəndaşların müraciətləri haqqında" Qanuna dəyişiklik edilib
11 İyun 2026 09:01

"Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilib.

Oxu.Az President.az-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb.

Fərmana əsasən, vətəndaşların elektron müraciətlərinə onların seçiminə uyğun olaraq elektron və ya poçt ünvanı, yaxud Elektron Hökumət İnformasiya Sistemi (EHİS) vasitəsilə yazılı cavab veriləcək.

Bundan əlavə, elektron müraciətdə (EHİS üzərindən təqdim olunan müraciətlər istisna olmaqla) elektron ünvan, fiziki şəxsin fərdi identifikasiya nömrəsi (FİN) və ya hüquqi şəxsin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) göstərilmədiyi hallarda müraciətə poçt vasitəsilə cavab göndəriləcək.

Dəyişikliklərə əsasən, elektron sənəd formasında təqdim olunan cavab məktubları "Elektron imza və elektron sənəd haqqında" qanunvericiliyin tələblərinə uyğun şəkildə tərtib və rəsmiləşdiriləcək.

Həmçinin vətəndaş müraciətlərinin qəbulu və qeydiyyatı ilə bağlı bəzi prosedurlar yenilənib, müraciətlərin EHİS üzərindən təqdim olunması ayrıca daxilolma yolu kimi nəzərdə tutulub.

Nazirlər Kabinetinə isə qanundan irəli gələn məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.


20 İyul 2026
Siyasət

İlham Əliyev Dünya Kubokunu qazanan İspaniyanın kralını təbrik etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə təbrik məktubu göndərib.

20 İyul 2026
Siyasət

Hikmət Hacıyev Gəncədəki ispan pilotların unudulmuş tarixinə diqqət çəkdi - VİDEO

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə təlim keçmiş ispan pilotların tarixindən bəhs edən sənədli filmi paylaşıb.

17 İyul 2026
Siyasət

Azərbaycan və Çin QR kod əsaslı ödəniş həllərinin inkişafını müzakirə ediblər

Azərbaycan Mərkəzi Bankı (AMB) və Çinin "UnionPay" beynəlxalq ödəniş sistemi arasında QR kod əsaslı ödəniş həllərinin inkişafı müzakirə edilib.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı müzakirə edilib (FOTO)

Azərbaycan və Rusiya arasında nəqliyyat və ticarət əməkdaşlığı, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub.

17 İyul 2026
Siyasət

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır - Lavrov

Azərbaycan və Rusiya ticarət dövriyyəsinin daha da artırılmasında maraqlıdır.