İranın Hörmüzgan əyalətinin Sirik şəhəri yaxınlığında silsilə partlayışlar baş verib.
Oxu.Az bildirir ki, bu barədə İranın İRİB dövlət teleradioşirkəti məlumat yayıb.
Məlumata görə, partlayışların dəqiq yeri və səbəbi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırma aparılır.
Xatırladaq ki, daha əvvəl İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiyə" Mərkəzi Qərargahı ABŞ-nin ölkə ərazisinə təkrar zərbələri fonunda Tehranın Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətini tamamilə dayandırmaq qərarı verdiyini açıqlamışdı.
SEPAH-ın Hərbi Dəniz Qüvvələri isə öz növbəsində boğazdan keçməyə cəhd göstərən ən azı iki gəmini vurduğunu bəyan edib.
Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.