İndoneziyanın Ulee-Lheue limanında yan almış "Aceh Hebat" (AH) 2 gəmisinin mühərrik bölməsində baş verən partlayış nəticəsində 15 nəfər yaralanıb.
"Report" xəbər verir ki, bu barədə İndoneziya mediası məlumat yayıb.
"Dənizçilik Politexnik Kollecinin 14 tələbəsi və AH2 gəmisinin heyətinin bir üzvü xəsarət alıb - ümumilikdə 15 nəfər. Bütün yaralananlar yanıq xəsarətləri alıblar və hazırda regional xəstəxanada müalicə olunurlar", - regional limanın Nəqliyyat Daşımaları İdarəsindən bildirilib.
Partlayışın səbəbi hələ də məlum deyil. Polis hadisə ilə bağlı araşdırma aparır.
Rusiyanın Kamçatka diyarının inzibati mərkəzi Petropavlovsk-Kamçatskidən cənub-şərqdə yerləşən akvatoriyada 5,5 bal gücündə zəlzələ qeydə alınıb.
Yaxın Şərqdə münaqişənin yenidən kəskinləşməsi fonunda neft bahalaşır.
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasına təsdiqlənmiş yoluxma halları 2 267-yə yüksəlib, onlardan 893-ü ölümlə nəticələnib.