Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib

Xalq rəssamı Arif Hüseynovun əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib
06 Okt 2026 13:53

Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin həyata keçirdiyi “Azərbaycan nişanələri dünyada” layihəsi çərçivəsində Xalq rəssamı Arif Hüseynovun “Xoşbəxt Azərbaycan ailəsi” əsəri Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinin daimi ekspozisiyasına daxil edilib.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşan layihə çərçivəsində rəsmin muzeyin inventarına alınması və daimi nümayiş etdirilməsi barədə qərar qəbul olunub. Bununla əlaqədar Xalq rəssamı Arif Hüseynov yaratdığı "Xoşbəxt Azərbaycan ailəsi" əsərini Ankara Rəsm və Heykəltaraşlıq Muzeyinə hədiyyə edib.

Milli mədəniyyətimizi və mənəvi dəyərlərimizi tərənnüm edən bu tablo Azərbaycan xalqının ənənəvi ailə modelini və ailə birliyini bədii boyalarla əks etdirir. Əsərin əsas ideyası Azərbaycan ailəsinin sevgi, həmrəylik və milli dəyərlərə sədaqət ruhunda yaşamasını göstərməkdir. Rəssam özünəməxsus dəst-xəti ilə yaradılan bu kompozisiya vasitəsilə ailənin cəmiyyətin ana sütunu olduğunu, cəmiyyətin mənəvi gücünün məhz sağlam və xoşbəxt ailələrdən qaynaqlandığını vurğulayır. Əsər çağdaş Azərbaycan təsviri sənətində ənənəvi milli üslubun parlaq nümunələrindən biri kimi dəyərləndirilir.


6 Noy 2026
Siyasət

Üçrəngli bayrağımız Azərbaycanın müstəqillik yolunun canlı salnaməsidir - Azər Qarayev

Hər bir xalqın tarixində onun azadlıq mübarizəsini, milli kimliyini və dövlətçilik ənənələrini təcəssüm etdirən müqəddəs rəmzlər var. Azərbaycan xalqı üçün belə rəmzlərin başında üçrəngli Dövlət Bayrağımız gəlir. 

6 Noy 2026
Siyasət

Azərbaycançılıq ideologiyası: Heydər Əliyevdən İlham Əliyevə

Azərbaycan cəmiyyətində Qarabağdakı tarixi Zəfərdən və ərazi bütövlüyümüzün tam bərpa edilməsindən sonra həm müstəqillik dövründə keçdiyimiz çətin və məsuliyyətli inkişaf yolunun tarixi dərslərini ümumiləşdirmək, həm də yeni tarixi dövrün ümummilli vəzifəsini müəyyən etmək dövlət əhəmiyyətli bir məsələ kimi gündəmə gəlmişdir. Bu, ölkəmizdə uzaq və yaxın keçmişin tarixi dərslərindən düzgün nəticə çıxararaq daha işıqlı sabahlara doğru inamla addımlamaq və eyni zamanda, hansı hədəflərə doğru və necə getməli olduğumuzun strategiyasını qurmaq baxımından həlli zəruri olan aktual bir problemdir.

6 Noy 2026
Siyasət

İğdırda 8 Noyabr – Zəfər Günü qeyd olunub (FOTO)

8 Noyabr – Zəfər Gününün 6-cı ildönümü münasibətilə Türkiyə Respublikasının İğdır şəhərində silsilə tədbirlər keçirilib.

6 Noy 2026
Siyasət

Hikmət Hacıyevdən Azərbaycan Televiziyası və Radiosu Günü ilə bağlı paylaşım - Foto

Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycan Televiziyası və Radiosu Günü münasibətilə bu sahədə çalışan şəxsləri təbrik edib.

6 Noy 2026
Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Cəbrayılda alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda "Sunbeverage" MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak ediblər.