Jalə Əliyeva: Bakı və Azərbaycanın turizm brendləri yaranır

Jalə Əliyeva: Bakı və Azərbaycanın turizm brendləri yaranır
02 Okt 2018 16:47


Bu gün turizm böyük gəlir, yeni iş yerləri, müasir infrastruktur, tarixi və mədəni abidələrin qorunması, milyonlarla insanın bir ölkə ilə, onun təcrübələri, nailiyyətləri ilə tanış olması, biliklərin artırılması və özünü inkişaf etdirmək anlamını daşıyır. 

Realpress.az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva bu gün Bolqarıstanın paytaxtı Sofiyada Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 51-ci iclasında “Azərbaycanda turizmin inkişafı və gələcək perspektivləri” mövzusunda çıxışı zamanı deyib. 

O qeyd edib ki, turizmi təbliğ və təşviq etmək məqsədilə 2016-cı ildə Turizm Təşviq Milli Bürosu yaradılıb və cari ilin əvvəlində turizm sahəsində dövlət siyasətinin həyata keçirilməsinə cavabdeh olan Dövlət Turizm Agentliyi təşkil edilib: 

“2018-ci ilin ilk yarısında ölkəyə gələn əcnəbilərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10 faiz artıb. Yeni hotellər, yollar, istirahət zonaları və istirahət mərkəzləri tikilib, hostellər açılıb, kadr potensialı güclənib.

Hazırda Bakı şəhərinin kommunikasiya və marketinq planları hazırlanır, Bakı və Azərbaycanın turizm brendləri yaranır, mövcud və yeni turizm məhsulları və xidmətləri inkişaf etdirilir. 

Beynəlxalq turizm bazarına daxil olmaq, turizm sahəsində uğur qazanan ölkələrlə əlaqələr qurmaq və bu əlaqələri inkişaf etdirmək, beynəlxalq tendensiyaları nəzərdən keçirmək və təcrübə mübadiləsi aparmaq turizmin inkişafı üçün vacib amillərdir. 

Azərbaycan BMT-nin Dünya Turizm Təşkilatı və digər müvafiq beynəlxalq təşkilatlarla əməkdaşlığın prioritetlərini artıq müəyyənləşdirib  və bu istiqamətdə fəaliyyət davam etdirilir.

Bu çərçivədə, turizm sahəsində uğurlu olan 30-dan çox ölkə, o cümlədən, QDİƏT-ə üzv ölkələrdən səkkizi ilə Azərbaycan arasında turizm sahəsində əməkdaşlığa dair hökumətlərarası sazişlər imzalanıb.

Bir ölkədə turizmin inkişafı – həmin ölkənin mədəniyyətinin, tarixinin, coğrafiyasının, mənəviyyatının tanıdılması, büdcəsinin, iqtisadiyyatının möhkəmləndirilməsi, xalqların və millətlərin bir-birlərinə daha tez inteqrasiyası, qısacası, bir ölkənin öz varılığını və mövcudluğunu dünyaya daha təsirli bir şəkildə isbat etməsi deməkdir. Atalar boş yerə deməmişlər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər.


5 İyun 2020
Turizm

Türkiyədən daha 144 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTO

5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirilib.

19 May 2020
Turizm

Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

14 May 2020
Turizm

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

12 Mar 2020
Turizm

Bəhruz Əsgərov: “Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var”

“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.