Azərbaycandan Avropaya yeni reyslər açılır

Azərbaycandan Avropaya yeni reyslər açılır
06 Okt 2018 10:32


Azərbaycandan bir sıra istiqamətlərə mütəmadi reyslər açılacaq. 

Realpress.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin nümayəndəsi Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, reyslərin açılması istiqamətində Asiya istiqamətində danışıqlar yekunlaşmaqdadır:

“Hindistan istiqamətində reyslərin açılması planlaşdırılır. Almaniya, İsveç, Avstriya istiqamətində reyslərin açılması müzakirə edilir. Məqsəd turistlərin Azərbaycana birbaşa uçuşlarla gəlməsini təmin etməkdir”.

Kənan Quluzadə qeyd edib ki, hazırda 10-dan çox bazarda marketinq işləri aparılır:

“İlin sonundan başlayaraq bu istiqamətdə Azərbaycanın rəsmi turizm nümayəndəlikləri açılacaq. İlk nümayəndəliyin Rusiyada açılacağı gözlənilir. Nəticədə, orada Azərbaycanın təbliğat işləri aparılacaq. Çarter reysləri olan istiqamətlər artırılacaq.

Bu, Azərbaycandan həmin ölkələrə turistin birbaşa getməsi üçündür. Eyni zamanda, Azərbaycanı təbliğ etmək və ölkəmizə turistlərin gəlməsinə şərait yaradacaq”.


5 İyun 2020
Turizm

Türkiyədən daha 144 Azərbaycan vətəndaşı Bakıya gətirildi - FOTO

5 iyun tarixində Azərbaycanın Milli aviadaşıyıcısı Ankaradan Bakıya çarter reysi həyata keçirilib.

19 May 2020
Turizm

Polşada olan Azərbaycan vətəndaşlarının NƏZƏRİNƏ

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədə yaşayan vətəndaşlara müraciət edib.

14 May 2020
Turizm

Səfirlik bu ölkədə yaşayan azərbaycanlılara müraciət etdi

Azərbaycanın Polşadakı səfirliyi bu ölkədən vətənə təxliyyə olunmaq niyyətində olan həmvətənlərimizə müraciət edib.

12 Mar 2020
Turizm

Bəhruz Əsgərov: “Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var”

“Ölkəmizin turizm baxımından kəşf edilə biləcək böyük potensialı var. “Macəra Yaxındadır!” kampaniyasının məqsədi əhalinin ölkədaxili turizmin təklif etdiyi imkanlardan istifadə etməsinə vasitəçi olmaqdır”.