Şahdağ hotelində ölüm - Türkiyə vətəndaşı can verdi

Şahdağ hotelində ölüm - Türkiyə vətəndaşı can verdi
03 Yan 2019 13:19

Qusar rayonunda Türkiyə vətəndaşı hoteldə ölüb.

Realpress.az Trend-ə istinadən xəbər verir ki, hadisə Qusar rayonu ərazisindəki "Şahdağ" Qış-Yay Turizm Kompleksindəki hoteldə qeydə alınıb.

1966-cı il təvəllüdlü Gök Mehmet Reşid oğlu yanvarın 2-də, saat 15 radələrində həyat yoldaşı və dostu ilə hoteldə nahar edərkən qəfil halı pisləşib və dünyasını dəyişib.

Araşdırmalar zamanı məlum olub ki, Gök Mehmet Reşid oğlu ürək-damar xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.


12 Sent 2019
Turizm

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

“Azərbaycan Hava Yolları” təyyarə bələdçisi vəzifəsinə qəbul elan edir

27 İyun 2019
Turizm

Azərbaycanda turizm polisi yaradılacaq

Azərbaycanda turizm polisi fəaliyyət göstərəcək. "APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov deyib.