Rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək

Rezidenturaya sənəd qəbulu fevralın 21-dək davam edəcək
20 Fev 2019 17:40

Bu gün saat 16.30-a olan məlumata əsasən 703 namizəd (Azərbaycan bölməsi - 619; rus bölməsi - 84) elektron ərizəsini təsdiq edib.

Dövlət İmtahan Mərkəzindən Realpress.az-a verilən məlumata görə, 74 namizəd isə elektron ərizəsini yadda saxlasa da, təsdiq etməyib.

Elektron ərizəsini təsdiq etməyənlər, həmçinin imtahanda iştirak etmək istəyən digər namizədlər 21 fevral saat 23.59-dək ərizələrini təsdiq etməlidirlər.

Rezidenturaya qəbul imtahanında iştirak etmək üçün ərizə qəbulu internet vasitəsi ilə aparılır. İmtahanda iştirak etmək üçün namizədlər ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra "Şəxsi kabinet"inin istifadəçi adı və parolundan istifadə etməklə qeyd olunan vaxtədək Mərkəzin internet saytının müvafiq səhifəsinə (http://eservices.dim.gov.az/erizerez/erize/?frm=egov ) daxil olub "Namizədin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).

Ərizəsini təsdiq etməyənlər imtahana buraxılmır.


21 Apr 2020
Elmi

Qəbul imtahanları əvvəlki illərdəki kimi keçirilməyə bilər - RƏSMİ AÇIQLAMA

“Əgər şərait bizə imkan verərsə, qəbul imtahanlarını iki dəfə keçirə bilərik. Bizə müəyyən vaxtda həm buraxılış, həm də qəbul imtahanlarının keçirilməsi tapşırılarsa, o zaman ikinci imtahanlar olmayacaq”.

21 Apr 2020
Elmi

Məleykə Abbaszadədən yeni imtahan qrafikləri ilə bağlı MÜHÜM AÇIQLAMA - VİDEO

“Yeni imtahanların qrafiki tərtib olunan zaman proqramları Təhsil Nazirliyi ilə razılaşdıracağıq”. 

31 Mar 2020
Elmi

Təhsil Nazirliyi: Tələbələr bu fürsətdən mümkün qədər yararlanmalıdırlar

Tədris prosesinin dayandırıldığı müddətdə tələbə və şagirdlərə tədris proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi məqsədilə nazirlik tərəfindən bir sıra təxirəsalınmaz tədbirlər görülüb.

29 Mar 2020
Elmi

Bu gün birinci sinfə elektron qeydiyyat başlayır

Martın 29-da birinci sinfə elektron qeydiyyat prosesinə yenidən start verilir.

26 Mar 2020
Elmi

Teledərslərin sabahkı cədvəli açıqlandı

Təhsil Nazirliyinin dəstəyilə “Mədəniyyət” kanalında yayımlanan “Dərs vaxtı” proqramının 27 mart üçün nəzərdə tutulan cədvəli açıqlanıb.