Səhər əhvalı pis olan, əsəbi görünən insandan adətən zarafatla "Bu gün sol ayaqdan durmusan?" soruşuruq.
Lakin elm adamları sübut edir ki, yataqdan sağ və ya sol ayaqdan durmaq bizim əhvalımıza və hətta günün yaxşı və ya pis keçməsinə həqiqətən müəyyən təsir edə bilər.
Realpress.az medicinform-a istinadla xəbər verir ki, insan orqanizmində 2 maqnit sahəsi var. Bu sahələrdən biri başdan ayaqlara, digəri əks istiqamətdə hərəkət edir. İnsan səhər sağ ayaqdan qalxanda onun orqanizmində enerji axını artır ki, insan daha gümrah olur, onun əmək qabiliyyəti artır, əhvalı yaxşılaşır. Bütün bunlar izə öz növbəsində günün yaxşı keçməsinə zamin yaradır.
Beləliklə, alimlər səhər sağ ayaqdan qalxmağı tövsiyə edirlər.
Həmçinin mütəxəssislər səhər yataqdan tələsik durmağı tövsiyə etmirlər. Oyandıqdan sonra bir qədər uzanmaq və yalnız bundan sonra yataqdan ehtiyatla qalxmaq lazımdır. Bu xüsusilə yaşlı insanlara aiddir ki, tələsik durmaq onlarda təzyiqin kəskin düşməsinə və hətta bayılmaya səbəb ola bilər.
Bundan əlavə alimlər zəngli saatdan istifadə etməməyi tövsiyə etmirlər ki, bu insanda qıcıq yaradır, orqanizmində stressin səviyyəsini artırır.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsi mayın 5-dək davam edəcək. Müsabiqə Təhsil Nazirliyinin dəstəyi, Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə nazirlik sistemində fəaliyyət göstərən peşə və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında keçirilir.
Magistraturaya qəbul imtahanında ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 98 olub. Qəbul imtahanındakı nəticələri müsabiqə şərtlərini ödəyən bakalavrlar ixtisaslaşma seçiminə buraxılırlar. Müsabiqə şərtləri müxtəlif ixtisas qruplarına uyğun olaraq 30, 40, 45, 50 baldır.
Bir nəfərdə mobil telefon aşkarlandığı üçün, bir nəfər isə köçürməyə cəhd etdiyi üçün imtahandan xaric olunub və nəticələri ləğv edilib. Bundan əlavə, sual kitabçasını özü ilə aparan 4 nəfərin nəticəsi araşdırılır.