Bu uşaqlara televizora baxmaq və telefon VERMƏK OLMAZ!

Bu uşaqlara televizora baxmaq və telefon VERMƏK OLMAZ!
19 Apr 2019 14:27

Türkiyəli uşaq və yeniyetmə psixiatrı Hozan Saatçıoğlu uşaqların elektron cihazlardan istifadəsi ilə bağlı valideynlərə xəbərdarlıq edib.              

Realpress.az-in Redaktor.az-a istinadən məlumatına görə, psixiatr açıqlamasında qeyd edib ki, uşaqlar 1,5 yaşından sonra ünsiyyət qura bilmir, göz təmasından qaçır və adını çəkəndə reaksiya vermirsə, autizm ehtimalı yarana bilər. Buna görə də 2 yaşdan aşağı uşaqları kompüter və televizordan uzaq tutmaq lazımdır.

Psixiatr bildirib ki, autizm beynin inkişafı ilə bağlı pozuntular nəticəsində yaransa da, dəqiq səbəbi bilinmir:

"Autizmli uşaqlarda eyni hərəkətin tez-tez təkrarlanması və maraqlarını çəkən məsələlərin az olması diqqət çəkən amillərdəndir. Autizmə meylli uşaqlar televizor, mobil telefon, planşet kimi elektron cihazlara daha çox maraq göstərirlər. Uşağınızda autizm xəstəliyinin yaranmamasını istəyirsinizsə, hər dəfə ağlayanda susdurmaq üçün onun əlinə mobil telefon verməyin".


8 Dek 2021
Səhiyyə - Sağlamlıq

Şəkərli diabet xəstələrinə verilən insulinlərin miqdarı azaldılıb? - AÇIQLAMA

Ölkədə şəkərli diabet xəstələrinin dərmanlarla təminatında ciddi problemlər var.

6 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qanda hemoqlobini artırmaq üçün vasitələr açıqlandı

Rusiyalı diyetoloq Yevgeniya Deqtyannikova qanda hemoqlobinin səviyyəsini artırmağa kömək edən bir sıra məhsullar haqqında fikirlərini bölüşüb.

3 Dek 2021
Səhiyyə - Sağlamlıq

Qəhvənin gözlər üçün gözlənilməz faydası açıqlanıb

İnsanlarda görmə kəskinliyi statik (stasionar) və dinamik (hərəkətli) şəraitdə kiçik detalları tanımaq qabiliyyəti ilə qiymətləndirilir.

20 May 2021
Səhiyyə - Sağlamlıq

Dəri xərçənginin qarşısını almaq mümkündür!

24-26 may tarixlərində, La Roche-Posay Azərbaycanın, Аzərbaycan Dermatoveneroloqlar Assosiasiyasının, Bakı Pataloji mərkəzinin təşkilatçılığı və Zəfəran Hospitalın dəstəyi ilə “Dəri xərçənginin diaqnostikası günləri” aksiyası keçiriləcəkdir.   

3 May 2021
Səhiyyə - Sağlamlıq

Hamiləlik - sağlam başlanğıcın təməli

Hamiləlik zamanı qadının orqanizmi çox ciddi yükləmələrə məruz qalır. Qadının orqanizmində yeni həyat inkişaf edir və bu həyatın normal inkişafı üçün müxtəlif vitaminlər, mikroelementlər və s. maddələr lazımdır. Hamiləlik zamanı hətta bir vacib vitaminin və ya mikroelementin çatışmazlığı həm uşağın inkişafına, həm də qadının səhhətinə mənfi təsir edir. Məsələn, uşağın sümüklərinin formalaşmasına və böyüməsinə çoxlu miqdarda kalsium elementi lazımdır. Bu element ananın orqanizminə lazım olan miqdarda daxil olmadıqda, körpədən çox ana əziyyət çəkir. Körpə ananın orqanizmindən özünə lazım olan kalsiumu sovurur ki, bunun nəticəsində ananın dişlərindən, sümüklərindən, saçlarından kalsium yuyulur. Məhz bu səbəbdən qadının orqanizmində hamiləlikdən öncə kalsium defisiti varsa və ya hamiləlik zamanı lazım olan miqdarda kalsium qəbul etmirsə, o zaman qadınlarda dişlər ovulmağa başlayır, saçlar tökülür, ayaqlarda qıcolmalar olur.