Krediti olanların nəzərinə - Pulunuzu BELƏ ALIN - VİDEO

Krediti olanların nəzərinə - Pulunuzu BELƏ ALIN - VİDEO
23 Apr 2019 08:54

Ötən gündən etibarən Azərbaycanda problemli kreditlərlə bağlı kompensasiyaların ödənilməsinə başlanılıb. Ödəniş alacaq müştərilər, onlara göndərilən xəbərdarlıq əsasında krediti götürdüyü banka yaxınlaşaraq təyin edilən məbləği alırlar. Kredit təşkilatıları, eyni zamanda bağlanmış bankların müştəriləri isə ''Azərpoçt''un şöbələrinə yaxınlaşaraq ödənişlərini ala bilirlər. Şikayəti olanlar isə Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edə bilər.

Vətəndaş təkcə şəxsiyyət vəsiqəsini təqdim etməklə ona təyin edilən kompensasiyanı alır.

Bu gündən etibarən Azərbaycanda dollar kreditlərinə görə təyin edilən kompensasiyaların ödənişinə başlanılıb. Bağlanan banklar, eyni zamanda kredit təşkilatlarının müştəriləri bu ödənişi ''Azərpoçt'' un şöbələrindən ala bilirlər.Bu şəxslərə ilkin mərhələdə 500 manata kimi olan ödənişlər nağd formada verilir.Bundan çox olan vəsaitlər isə Mayın 1-dən kartla ödəniləcək.

Vətəndaş ona verilən kartdakı məbləği bütün bankların ATM- lərindən komisyasız nağdalaşdıra bilər. Kredit təşkilatları eyni zamanda bağlanan bankların müştəriləri''Azərpoçt'' un rəsmi səhifəsində də şəxsiyət vəsiqəsinin məlumatlarını daxil etməklə ,ödənişi harda və zaman ala biləcəyi haqqında məlumat ala bilər.

Eyni proses banklarda da davam etdirilir.Vətəndaş krediti götürdüyü banka yaxınlaşaraq kompensasiyasını ala bilir.

Vətəndaşın kompensasiya məbləği və yaxud digər məsələlərlə bağlı şikayəti varsa Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılan Apelyasiya Komisyasına müraciət edə bilər. Belə müraciət qurumun rəsmi saytından şəxsiyyət vəsiqəsi ilə də edilə bilər. Belə şikayətlərə 15 iş günü, əlavə öyrənilmətələb olunduqda isə 30 iş gününə baxılır.

Ümumiyyətlə ödənişlərin may ayı ərzində başa çatdırılması nəzərdə tutulur.

Realpress.az


13 Dek 2023
İqtisadiyyat

Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb - FOTO

İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink  ilə görüşüb.

6 Noy 2023
İqtisadiyyat

Rusiya vilayətində fövqəladə vəziyyət elan olundu - FOTO/VİDEO

Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”

“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.

2 Noy 2023
İqtisadiyyat

Mikayıl Cabbarov: “Azərbaycanda müzakirəyə çıxarılan büdcə layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir”

Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.

25 Okt 2023
İqtisadiyyat

Hindistanın ticarət və sənaye üzrə dövlət naziri ilə görüş keçirilib - YENİLƏNİB + FOTO

Azərbaycan və Hindistanla iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə olunub.