Zakir Həsənov aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında - VİDEO - FOTO

Zakir Həsənov aviasiya bazasının yeni komanda məntəqəsinin açılışında - VİDEO - FOTO
25 Apr 2019 10:42

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti HHQ-nin aviasiya bazasının yeni inşa edilən birləşmiş komanda məntəqəsinin açılışında iştirak edib və burada yaradılan şəraitlə tanış olub.

Realpress.az istinadla bildirir ki,bu barədə Milli.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə Müdafiə Nazirliyinin rəhbərliyi hərbi hissənin ərazisində ucaldılan ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edərək qarşısına gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

General-polkovnik Zakir Həsənov və digər rəhbər şəxslər uçuşlara nəzarət və idarəetməni yerinə yetirən yeni quraşdırılan naviqasiya sisteminə, HHQ-nin təlim-məşq poliqonunun tədris otaqlarına, eləcə də ərazidəki digər xidməti və inzibati obyektlərə baxış keçirib. Nazir zenit-raket komplekslərinin heyətlərinin, quru qoşunların hava hücumundan müdafiə bölmələrinin, radio-texniki bölmələrin texniki heyətlərinin məşğələlərini izləyib, S-125 zenit-raket kompleksinin idarəetmə məntəqəsində olub.

Müdafiə nazirinə məruzə edilib ki, Türkiyə, İsrail, ABŞ, Fransa, Böyük Britaniya, Norveç və bir sıra digər ölkələrin şirkətlərinin istehsal etdiyi müasir avadanlıq ilə təchiz edilən birləşmiş komanda məntəqəsinin əsas təyinatı müxtəlif növ hərbi aviasiya vasitələrinin uçuşlarının idarəedilməsini, həmçinin döyüş tapşırıqlarının dəqiq və effektiv icrasını fasiləsiz təmin etməkdir.

Sonra Müdafiə Nazirliyinin rəhbərliyi üçün birləşmiş komanda məntəqəsinin fəaliyyətinə dair geniş brifinq keçirilib.

"Super Muşşak" təlim-məşq təyyarələrinə və trenajor zallarına baxış keçirən Müdafiə naziri Ali Baş Komandanın ordu quruculuğu sahəsində qarşıya qoyduğu vəzifələri şəxsi heyətin diqqətinə çatdırıb və döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, hərbi pilotlarımızın peşəkarlığının artırılması ilə bağlı komandanlığa müvafiq tapşırıqlar verib.



13 Noy 2019
Hərbi

Cəbhədə silahlar susmadı

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub.

12 Noy 2019
Hərbi

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq

Bu gündən təlimlər başlayır – Azərbaycan Ordusu yeni silahlardan atəş açacaq

11 Noy 2019
Hərbi

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır

Azərbaycan Ordusu miqyasında əməliyyat təlimi başlayır

11 Noy 2019
Hərbi

Tərtər, Ağdam, Füzuli rayonlarında mövqelərimiz atəşə tutuldu

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 24 dəfə pozub.

2 Noy 2019
Hərbi

Dünyanın 10 ən güclü hərbi hava qüvvələri - SİYAHI

Dünyanın 10 ən güclü hərbi hava qüvvələri - SİYAHI