Parlamentdə vacib qanun layihəsi müzakirəyə çıxarılır: Qəbul edilsə, çox yaxşı olacaq

Parlamentdə vacib qanun layihəsi müzakirəyə çıxarılır: Qəbul edilsə, çox yaxşı olacaq
25 Apr 2019 17:00


“Aqrar sığorta haqqında” yeni qanun layihəsi hazırlanıb.

Realpress.az istinadla bildirir ki,bu barədə Oxu.Az-a  açıqlamasında Milli Məclisin (MM) Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verib.

Komitə sədri qeyd edib ki, qanun layihəsi aprelin 26-da MM-in Aqrar siyasət, həmçinin, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclasında birinci oxunuşda müzakirəyə çıxarılacaq.

“Qeyd edim ki, hələ təxminən 18 il öncə, ikinci çağırış parlament dövründə belə bir qanun qəbul etmişdik. Təəssüf ki, ötən illər ərzində obyektiv və subyektiv səbəblərdən bu qanun işləmədi, aidiyyəti qurumlar bu qanunun işləkliyini, icrasını təmin edə bilmədilər.

Halbuki belə bir qanunun icrası və işləkliyi çox vacib idi, bu, aqrar sektorun, kənd təsərrüfatının inkişafına töhfələr verə, sığorta məsələləri tənzimlənə bilərdi. Lakin dediyim kimi, bunlar olmadı.

Odur ki, Kənd Təsərrüfatı Nazirliyi bu yöndə yeni qanun layihəsi hazırladı və Prezident Administrasiyasının müvafiq şöbəsinə təqdim etdi. Nəticədə aqrar sığorta ilə bağlı yeni qanun layihəsi müzakirələrə təqdim edildi.

Hesab edirəm ki, belə bir qanun layihəsinə, xüsusilə sığorta məsələlərinin çox aktiv şəkildə gündəmə gəldiyi bir dövrdə belə bir sənədin müzakirələrdən keçirilərək, qəbuluna ciddi ehtiyac var.

Sabah - aprelin 26-da bizim komitədə, eləcə də, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bu sənəd birinci oxunuşda geniş müzakirələrdən keçirilərək, növbəti plenar iclasın gündəliyinə təqdim, tövsiyə olunacaq.

Bu baxımdan, belə hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi və qəbulu sahibkarlar və fermerlər üçün çox əhəmiyyətli olacaq, bütövlükdə ölkədə aqrar sektorun, kənd təsərrüfatının inkişafına öz müsbət töhfəsini verə biləcək”, - deyə E.İbrahimov əlavə edib.

MM-in İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov da belə bir qanun layihəsinin onlara daxil olduğunu, həm üzvü olduğu, həm də Arqrar siyasət komitəsində müzakirəyə çıxarılmasının nəzərdə tutulduğunu bildirib.

“Aqrar sığorta haqqında” qanun layihəsi çox ciddi sənəddir. Kənd təsərrüfatında yaranmış problemlər, faktiki olaraq sahibkarların əmlakı, onların məhsulları sığortalanmır. Hər hansı hadisə baş verəndə, məhsullar xarab olduqda sahibkarlar çıxılmaz vəziyyətdə qalırlar.

Onu da deyim ki, məşğul əhalinin 38 faizi kənd təsərrüfatı ilə məşğuldur. Bu baxımdan, hesab edirəm ki, bu qanun qəbul edilsə, sahibkarlar və fermerlər üçün çox yaxşı olacaq, onlar öz əmlaklarını, öz məhsullarını sığortalaya biləcəklər”, - deyə V.Əhmədov əlavə edib.


5 İyun 2020
İqtisadiyyat

Neft yenə bahalaşdı

Dünya bazarında neftin qiyməti artıb.

4 İyun 2020
İqtisadiyyat

Real arzular və ya “Ağıllı” Bakı – gələcəyin şəhəri

Deyək ki, 2050-ci ildə Azərbaycanın necə olacağını düşünmüsünüzmü? Təsadüfən bu tarixi seçmədik, çünki Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və göstərişinə əsasən və Aİ-nin texniki yardımı ilə Nazirlər Kabinetində ölkəmizin 2050-ci ilə qədər İnkişaf Strategiyası üzərində iş aparılır.

4 İyun 2020
İqtisadiyyat

Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu SOCAR-a keçdi

Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) texniki operatorluğu “BP Exploration (Shah Deniz) Limited” şirkətindən SOCAR-ın törəmə müəssisəsi olan “SOCAR Midstream Operations” MMC-yə keçib.

3 İyun 2020
İqtisadiyyat

İyunun 4-də dolların manata qarşı məzənnəsi

Manatın məzənnəsinə dair Azərbaycan Respublikası Mərkəzi Bankı məlumat açıqlayıb.

3 İyun 2020
İqtisadiyyat

Neftin qiyməti 40 dolları keçdi

Londonun İCE birjasında “Brent” markalı neftin 2020-ci ilin avqust ayına olan fyuçersləri əvvəlki sessiyanın yekununa nisbətdə 1,31% artaraq, Bakı vaxtı ilə 04:56-da bir barel üçün 40,09 dollara qalxıb.