Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət

Dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət
26 Apr 2019 09:14

Həkim dərman içmədən təzyiqin aşağı salınması üçün 6 məsləhət verib. Bu məsləhətlər vaxtaşırı təzyiqin qalxması ilə müşayiət olunan zəif hipertoniya hallarında effektlidir.

Əgər hipertoniya ciddidirsə, o halda bu məsləhətlərə dərman müalicəsinin uyğunlaşdırılması ilə riayət etmək lazımdır.

Son zamanlar təzyiqin aşağı salınmasında dərmansız üsullara üstünlük verilməsi barədə söhbətlər tez-tez eşidilir. Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Rusiyalı mütəxəssis, terapevt-kardioloq Olqa Aleksandrova bildirib ki, bu üsullar orta və ağır hipertenziyalar zamanı dərmanı əvəz edə bilməz. Bununla yanaşı, dərman vasitələri ilə uyğunlaşmada onlar yenə də aktualdır.

DASH-pəhriz. Qidalanmanın bu növü təzyiqi aşağı salma vasitəsi kimi Ürək və Ağciyər Xəstəlikləri Milli İnstitutu tərəfindən qəbul edilib. Pəhrizin böyük hissəsini tərəvəz və meyvə, kəpəkli taxıl məhsulları təşkil edir. Bu zaman qırmızı ət və şirniyyatların qəbulu xeyli azaldılır. Həmçinin yağsız süd məhsulları, quş və balıq əti qəbul etmək məsləhətdir. DASH-pəhrizin köməyi ilə orta hipertoniyalı pasiyentlərin təzyiqini 14 gün ərzində normallaşdırmaq mümkündür.

Fiziki aktivlik. Həkim təzyiqin nəzarətdə saxlanılması üçün ən sadə və effektli üsul kimi orta tempdə kardioyüklənmələrdən (piyada gəzmək, rəqslər, lift əvəzinə pilləkəndən istifadə etmə) istifadə etməyi məsləhət görür.

İstirahət. Sağlamlıq üçün sərbəstlik anları, mühafizəkar hadisə və işlərdən uzaqlaşmaq çox vacibdir. Elə hərəkət etmək lazımdır ki, qısa müddətdə öz fikrindən əl çəkməyə, emosional şəkildə "yüklənmə"yə nail olasan. Məsələn, həkimin sözlərinə görə bu məqsədlər üçün meditasiya, təkbaşına gəzinti daha uyğundur.

Bədən çəkisinə nəzarət. Artıq çəkidə, xüsusən onun yüksək əmsalı zamanı arıqlamaq mütləqdir. Tosqunluq praktik olaraq yüksək təzyiqi təmin edir.

Həkim, həmçinin alkoqoldan imtina etməyi və duzdan minimum istifadəni tövsiyə edib. Aleksandrova xatırladıb ki, yüksək təzyiq zamanı alkoqol insult əmələ gətirə bilər.

Realpress.az


6 İyun 2020
Cəmiyyət

İcazəsi olanlar işə velosipedlə gedə bilərlər - RƏSMİ

“Fəaliyyətinə icazə verilmiş qurumda, təşkilatda xidmət edən və onun işə gedib-gəlməsi üçün icazə portalına məlumatı yerləşdirilmiş şəxslərin özləri də fərdi nəqliyyat vasitələrindən istifadə edə bilməzlər”.

6 İyun 2020
Cəmiyyət

Gəncədə küçəyə çıxmaq qadağasının ilk günü - FOTO

6 iyun, saat 00:00-dan 8 iyun, saat 06:00-dək aktiv yoluxma hallarındakı artım səbəbindən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərində və Abşeron rayonunda sərt karantin rejimi tətbiq olunmağa başlayıb.

6 İyun 2020
Cəmiyyət

Azərbaycanda market işçisində koronavirus aşkarlandı, 45 nəfər karantinə alındı - VİDEO

Sumqayıtda fəaliyyət göstərən marketlərdən birinin işçisi koronavirusa yoluxub. Bu səbəbdən onunla ünsiyyətdə olduğu ehtimal edilən marketin 45 əməkdaşı da evdə karantinə alınıb.

6 İyun 2020
Cəmiyyət

Cahangir Əsgərov Prezidentə müraciət etdi

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov ölkə başçısına müraciət edib. 

5 İyun 2020
Cəmiyyət

Koronavirus dönəminin danılmaz gerçəyi: Niyə maska taxmalıyıq? - MÖVQE

Koronavirusla mübarizədə ölkəmizdə görülən işlər, alınan qərarların bir məramı var: vətəndaşları bu bəladan xilas etmək, ən az zərərlə bu pandemiyadan qurtulmaq.