“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Əsas Yük terminalı fəaliyyətini dayandırıb.
QSC-dən verilən məlumata görə, mayın 1-dən etibarən bütün liman əməliyyatları Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanında aparılacaq.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin 18 oktyabr 2007-ci il 2 443 saylı sərəncamı ilə Əsas Yük Terminalı mövcud liman kompleksinin Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına köçürülməsi qərarı verilib.
Onu da bildirək ki, fəaliyyətini dayandıran yük terminalı Bakının mərkəzində, Yeni bulvar ərazisində yerləşir. Onun köçürülməsinə səbəb yerləşdiyi ərazinin ekoloji baxımdan sağlamlaşdırılması və milli parkın ərazisinin genişləndirilməsi, şəhərdə nəqliyyat sıxlığının qismən aradan qaldırılmasını təmin etməkdir.
Terminalın yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanına köçürülməsi isə Azad İqtisadi Zonanın fəaliyyətinin genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.
Liman Avropa və Asiya bazarlarına xidmət göstərərək, eləcə də, Avropa və Asiyanı birləşdirən geniş beynəlxalq logistika şəbəkəsinin bir hissəsi olmaqla Xəzər dənizi regionunda əsas logistika qovşağı kimi çıxış edəcək.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Yurgen Riqterink ilə görüşüb.
Rusiyanın Primorye diyarının Lesozavodsk şəhərində buzlu yağış səbəbindən fövqəladə vəziyyət elan edilib.
“Azərbaycanda vergi güzəştlərinin hazırlanması metodologiyası üzərində iş gedir”.
Dünyada hərbi münaqişələrin geniş vüsət alması şəraitində dünya iqtisadiyyatında gərginlik və risklər artmaqda davam edir, bunu nəzərə alaraq bu gün müzakirəyə çıxarılan 2024-cü ilin Azərbaycanın dövlət büdcəsi layihəsi mürəkkəb qlobal şəraitə təsadüf edir.